Daha bir dəhşətli TERROR: 213 ölü, 200-dən çox yaralı

0
632

Son dəqiqləşdirilmiş məlumatlara görə, terror aktında ölənlərin sayı 213 nəfərə çatıb. 200-dən çox insanın yaralandığı açıqlanlıb. 

 

***

22:30

Bağdadda baş verən terror aktında ölənlərin sayı artıb. Rəsmi məlumatlara görə, terror aktında ölənlərin sayı 167 nəfərə çatıb. 168 nəfərin isə yaralandığı açıqlanlıb. 

 

Bu arada ölkənin baş naziri Heydər Abadi faciəyə görə İraqda üçgünlük matəm elan edildiyini bildirib.

 

Xatırladaq ki,  Karrada rayonunda törədilən terror aktı nəticəsində 165 nəfər ölüb, 168 nəfər yaralanıb.

 

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

17:21

 

Bağdadın mərkəzi Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

 

Publika.az xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbələrə istinadən “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İnformasiya, hələ ki, rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl ölənlərin 83 nəfər olduğu, 200-dən çox insanın yaralandığı bildirilirdi.

 

12:59

 

İraqın paytaxtı Bağdadda daha bir terror törədilib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayışlar nəticəsində ən azı 83 nəfər həyatını itirib.

 

Ötən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 200-dən çox insan yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.

 

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.

 

BIR CAVAB BURAXIN