“Dəmir Günbəz” Sərkisyanın və Kim Çen Inın raketlərinə qarşı

0
602
 

İsrail Şimali Koreyanın ballistik raketlərindən qorunmaq üçün Cənubi Koreyaya “Dəmir Günbəz” raketdən müdafiə batareyaları təklif edir. Virtualaz.org xəbər verir ki, bu barədə İsrailin Seuldakı səfiri Xaim Xoşen ötən həftə Cənubi Koreyanın Müdafiə Araşdırmaları İnstitutunda keçirilən konfransda bildirib.

Diplomat deyib  ki, yəhudi dövlətinin istehsal etdiyi “Dəmir Günbəz” raketdən müdafiə sistemi Cənubi Koreya tərəfindən Şimali Koreyanın raket təhdidlərini azaltmaq üçün istifadə edilə bilər. “Biz iki kiçik dövlətik, strateji baxımdan çox bənzər durumdayıq. Cənubi Koreya Şimali Koreyanın, İsrail isə İranın təhdidləri qarşısındadır. Biz müdafiə və təhlükəsizlik sahəsində yaxşı əməkdaşlığa malikik”-diplomat çıxışında bildirib.

Səfir əlavə edib ki, bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmindir. “Mən əminəm ki, xüsusən müdafiə sahəsində bizim daha böyük əməkdaşlıq potensualımız var. Biz Şimali Koreyanın təhdidlərinə qarşı bir neçə həll yolu təklif edə bilərik”-Xaim Xoşen deyib.

Diplomatın sözlərinə görə, “Dəmir Günbəz” İsrail hökumətinə döyüş meydanında daha çevik idarəçiliyə imkan verdi. O, İsrailin hazırda istəniln tip raketlərdən qorunmaq üçün geniş spektrdə raketdən müdafiə sistemlərinə malik olduğunu da deyib. “Biz həmişə müharibəni udmalıyıq. Çünki başqa yolumuz yoxdur. Əgər bir müharibəni uduzsaq bu, İsrail dövlətinin sonu olacaq”-səfir deyib.

İsrail səfirinin çıxışından sitatlar gətirən “The Algemeiner” qeyd edir ki, ötən ay Azərbaycanın yəhudi dövlətindən bir neçə batareya “Dəmir Günbəz” almağa hazırlaşdığı məlum olub. İsrailin “Rafael Advanced Systems” hərbi sənaye şirkətinin istehsal etdiyi bu raketdən müdafiə sistemlərinə dair açıq mənbələrdə yer alan informasiyalar onların kiçik mənzilli raketlər artilleriya mərmiləri üçün nəzərdə tutulduğunu göstərir. Lakin indi İsrail bu sistemləri Şimali Koreya diktatoru Kim Çen Inın ballistik raket təhdidlərinə qarşı həll yolu kimi təklif edirsə deməli təkmilləşdirilmiş “Dəmir Günbəz” batareyaları həm də Ermənistan diktatoru Serj Sərkisyanın “İsgəndər” raketlərinə qarşı effektiv ola bilər. Hansı ki, Azərbaycanın İsraildən bu sistemləri almağa hazırlaşdığı haqda xəbərlər yayılanda Ermənistanda özlərinə təsəlli verirdilər ki, “Dəmir Günbəz” ancaq kiçik mənzilli (70 kilometrə qədər) raketlərə qarşı tətbiq olunmaq üçündür…

Virtualaz.org

BIR CAVAB BURAXIN