Dəmirəlin Bakıda etdiyi maraqlı “səhv” – 19 illik sirr

0
567

Qırğızıstanda “Manas” dastanının 1000 illik yubileyində ulu öndər Heydər Əliyevə təklif etdim ki, biz də “Dədə Qorqud”un 1300 illiyini qeyd edə bilərik. Bu fikri bəyəndi və “təklifini yaz” dedi.

Kult.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Anar “Bakupost”a geniş müsahibəsində deyib. O, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə bağlı maraqlı bir xatirəni bölüşüb:

“Ona qədər “Kitabı-Dədəm Qorqud”u X-XI əsrlərə aid edirdilər. Dastan mətnində Dədə Qorqudun Həzrət Məhəmmədin müasiri olması işarəsini əsas götürərək dastanın 1300 illiyini qeyd etməyi təklif etdim. Prezident Heydər Əliyevin qərarıyla bu tarix təsdiq olundu, UNESKO və Türkiyə qorqudşünasları tərəfindən də qəbul edildi.

Türk dövlətlərinin rəhbərlərinin iştirakıyla Bakıda keçirilən “Dədə Qorqud” yubiley tədbirinin (2000) səhnələşdirilmiş bədii hissəsinin ssenarisini mən yazmışdım (rejissoru Mərahim Fərzəlibəyovdur). Dövlət başçıları, xüsusilə Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl tamaşanı o qədər bəyənmişdi ki, Türkiyəyə gətirməyi təklif etmişdi.

Bir məzəli detalı də deyim. Tamaşada Dədə Qorqudun dilindən deyilən: “Qoy az ərlər çox olsun, qoy azərlər çoxalsın” sözlərini Süleyman bəy doğrudan da Dədə Qorquda aid olduğunu zənn edərək, çıxışında sitat gətirmişdi”.