İŞİD terror qruplaşması kamikadzelərdən istifadə etməklə Türkiyədə böyük sayda terror aktı planlaşdırıblar.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 2015-ci ildə Ankarada dəmir yol stansiyasının yaxınlığında törədilən terror aktının təşkilatçısı – Yunus Durmazın evində tapılmış sənədlərdə deyilir.
Bildirilir ki, İŞİD döyüşçüləri Türkiyə terror aktlarının həyata keçirilməsi üçün ən azı 150 nəfər hazırlayıb.