Corc Sorosun ermənilərlə gizli əlaqələri üzə çıxdı – SİYAHI

0
707

Rəngli inqilabların sponsoru kimi tanınan Corc Sorosun erməniləri gizli şəkildə maliyyələşdirdiyinə dair informasiyalar yayılıb.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Sorosun Türkiyədə maliyyələşdirdiyi layihələrin siyahısı üzə çıxıb.
Məlumata görə, təkcə 2015-ci ildə Soros Fondu bu təşkilatlara 18 milyon lirə maliyyə ayırıb. Siyahıda Türkiyədə fəaliyyət göstərən erməni mərkəzinə maliyyə ötürüldüyü də qeyd olunur.

Sorosun maliyyələşdirdiyi təşkilatların bir neçəsinin adlarını və həyata keçirdikləri layihələri təqdim edirik:
1. Erməni mədəniyyəti və inkişafı dərnəyi – “Geridə qalanlar” layihəsi.

2. Afrikalılar mədəni, inkişaf və yardım (Afrotürk) dərnəyi – Afro-Türk rənglər, Afro-Türk qadın və uşaqların gücləndirilməsi, sosial inkişafı, onların problemlərinin gündəmə gətirilməsi.

3. Aralıq dənizi Rumıniya Dərnəkləri Federasiyası – Rumın xalqları forumunu (Rumfo) gücləndirmə layihəsi.

4. Anadolu Mədəni – Boğaziçi Avropa siyasət məktəbi.

5. Azad Araşdırma, Məlumat və Koordinasiya Dərnəyi – Teleqraflarda Sürgün Gündəliyi layihəsi.

6. Azad Kinematoqraflar Dərnəyi – “Kədərin iki üzü” layihəsi.

7. Bəllək və Mədəni Sosioloji Araşdırmaları Dərnəyi – “erməni gənclərlə bağlı araşdırma” layihəsi.

8. Hrant Dink Vəqfi – “Anadolunun mədəni mirasını ortaya çıxarmaq və müdafiə etmək” layihəsi.
Qeyd: Hrant Dink Vəqfi 2007-ci ildə öldürülən Türkiyədəki ermənilərin nəşr etdirdiyi “Agos” qəzetinin baş redaktoru Hrant Dinkin adını daşıyır. H. Dink həmişə “erməni soyqırımı” iddiasını irəli sürüb. Bu şəxsin adını daşıyan vəqfin Anadolunun mədəni irsi ilə bağlı apardığı araşdırmanın türk torpaqlarında erməni izlərinin axtarılması məqsədinə xidmət etdiyi açıq-aydın görünür.
9. İstanbul LGBTT İnkişaf Dərnəyi – “Trans haqları” layihəsi.

10. “Pembe Hayat” LGBTT İnkişaf Dərnəyi.

BIR CAVAB BURAXIN