ABŞ-ın Dövlət katibi Con Kerri Hamburqda keçirilən ATƏT Xarici İşlər nazirlərinin toplantısındakı çıxışında Qarabağ münaqişəsinə toxunub. “Yeniavaz.com”un verdiyi məlumata görə, Kerri Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll edilməməsinin Avropa üçün təhlükə doğurduğunu söyləyib. Con Kerri: “Ukrayna ətrafındakı vəziyyət Avropanın üzləşdiyi yeganə təhlükə mənbəyi deyil. Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll edilməməsi narahatlıq doğurur. Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyini təhdid edir. Bundan əlavə Moldova və Gürcüstandakı münaqişələr də Avropadakı əmin -amanlığa təhlükədir”,-deyib.