ÇL: “Legiya” evdə uduzdu, “Dinamo”dan asan qələbə

0
548

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, ilk olaraq 7 matç oynanılıb.

 

İlk oyun gününə Qazaxıstanda start verilib. Millimizin yarımmüdafiəçisi Riçard Almeydanın forma geyindiyi “Astana” “Mityulland”ı qəbul edib. Danimarka təmsilçisi ilə oyunda “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk və eks “Qarabağ”lı Pedro Enrike də səhnəyə çıxıb. “Astana” son dəqiqələrdə vurduğu qol sayəsində minimalhesablı qələbəyə sevinib.

 

Mərhələnin PAOK – “Bazel” və “Dinamo” – “Hapoel” qarşılaşmaları da maraqla gözlənilirdi. PAOK evdə minimal, “Dinamo” isə böyük hesabla qələbə qazanıb.

 

Günün son matçında isə “Legiya” gözlənilmədən öz meydanında Trnava “Spartak”ına yenilib.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

 

“Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka) – 2:1

Qollar: Kleynesler, 31, 90+4 – Vikeym, 51

 

ÇFR (Kluj, Rumıniya) – “Malmö” (İsveç) – 0:1

Qol: Strandberq, 45

 

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) – 2:1

Qollar: Kanas, 32; Priyoviç, 80 – Ayeti, 82

 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) – 5:0

Qollar: Hayroviç, 22; Orsiç, 28; Ademi, 51, 62; Hodziç, 82

 

“Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova) – 1:0

Qol: İbraimi, 24

 

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) – 3:0

Qollar: Ebesilio, 23; Radonyiç, 35, 58

 

“Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya) – 0:2

Qollar: Qrendel, 16; Vlasko, 90+3

BIR CAVAB BURAXIN