Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının təmsilçiləri meydana çıxacaqlar.
Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə “Monako”nun qonağı olacaq. “Qara qartal” 2 turdan sonra 6 xalla qrupun lideridir. Günün digər maraqlı oyunu H qrupunde “Real” və “Tottenhem” arasında olacaq.
Qrup mərhələsi, üçünü tur
17 oktyabr
E qrupu
22:45. “Spartak” (Moskva, Rusiya) – “Sevilya” (İspaniya)
22:45. “Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə)
F qrupu
22:45. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)
22:45. “Şaxtyor” (Ukrayna) – “Feyenord” (Hollandiya)
G qrupu
22:45. “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya)
22:45. “Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə)
H qrupu
22:45. “Real” (İspaniya) – “Tottenhem” (İngiltərə)
22:45. APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya)