Çin hərbi xərcləri artırmaqda davam edir

0
773

Çinin hərbi xərcləri artırması digər ölkələr üçün təhlükə deyil və bundan əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə 13-cü çağırış Umumçin Xalq Nümayəndələri Palatasının 2-ci sessiyası ilə bağlı keçirilən mətbuat konfransında dövlət rəsmisi  Çjan Yesuy deyib. Onun sözlərinə görə, Çinin müdafiə xərcləri ölkənin təhlükəsizlyinin təmini və ərazi bütövlüyünün qorunmasına lazım olan qədər artırılıb: “Ötən il də hərbi xərcləri artırmışdıq. Bu ildə ona uyğun şəkildə hərbi xərclərimizdə cüzi artım etmişik. Bizim hərbi xərclərimiz ümümdaxili məhsulumuzun1,3 faizini təşkil edir. Halbuki digər ölkələrdə hərbi xərclər ümumdaxiliməhsulun 2 faizindən yuxarıdır”.

Qeyd edək ki, 2017-ci ildə Çün hərbi xərcləri artıraraq1trilyon yuana (151.97 milyard dollar) çatdırıb. 2018-ci ildə isə Çin hərbi xərcləri 8,1 faiz artıraraq 1,11 trulyon yuana (175 milyard dollar) çatdırıb. 2019-cu ildə isə hərbi xərclərin hansı səviyyədə artımı ilə bağlı martın 5-də keçiriləcək Umumçin Xalq Nümayəndələri Palatasaının iclasında məlumat veriləcək.