Çin dinləyici qurğularla bağlı ABŞ-dan izahat tələb edir

0
482

Çinlə ABŞ-arasında  dinləyici qurğularla bağlı yeni qalmaqal əmələ gəlib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində ABŞ səfirlikləri tərəfindən çoxlu sayda casus fəaliyyətində istifadə edilən dinləyici qurğuların və kameraların alınması barədə “Vikiliks”də yayılan məlumat Çin tərəfindən narahatlıqla qarşılanıb.   Çin Xarici işlər nazirliyinin rəsmisi Xua Çunin deyib ki, ABŞ səfirliklərinin böyük həcmdə dinləyici qurğuları və kameraları alması onların casusluq fəaliyyəti ilə məşğul olduğunu göstərir.

“Məsələ ilə bağlı yayılan son məlumatlar göstərir ki, ABŞ səfirlikləri fəaliyyət göstərdikləri ölkələrdə casusluq fəaliyyəti ilə məşğul olurlar. Ona görə də ABŞ bununla əlaqədar izahat verməlidir”,-deyə Xua Çinin jurnalistlər üçün keçirilən brifinqdə bildirib.