Çexiyada azərbaycanlıların mülkləri

0
783

Karlovı Varı

Karlovı Varı

«Munscanner» saytı dekabrın əvvəlində Çexiyada mülkləri olan azərbaycanlıların siyahısını dərc edib. Qeyd edək ki, bir neçə il öncə AzadlıqRadiosu da bu mövzunu araşdırmışdı.

Məqalədə deyilir ki, Paşazadə qardaşlarının Çexiyada bir neçə mülkü var.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin «Karlovy Vary Libušina 2120/21» ünvanında mənzili var. Onun qardaşı, deputat Cavanşir Paşazadənin də mənzili «Karlovy Vary Libušina 2120/21» ünvanında yerləşir. Yazıda qeyd olunur ki, bu ünvanda «Bohemia» mənzil kompleksi yerləşib ki, burada mənzilin kvadratmetri hazırda 3 min 900 avrodur. Paşazadə qardaşlarının 2008-ci ilin mayından «AYNUR KV» şirkətinin direktoru olmaqları da vurğulanır.

Paşazadələrin Karlovı Varıdakı binası.

Paşazadələrin Karlovı Varıdakı binası.

1.2 MİLYON AVROYA SATILAN ŞİRKƏT

Saytda adı çəkilən digər məmur vergilər nazirinin müşaviri Mahir Rəfiyevdir.

«Karlovy Vary Palackého náměstí 1358/8» ünvanında yerləşən mülk «ZODIAC Immobilienbesitz s.r.o.» şirkətinə məxsusdur. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları Layihəsi (OCCRP) 2012-ci ilin oktyabrında bu mülkdən bəhs edirdi. «ZODIAC Immobilienbesitz s.r.o.»

Mahir Rəfiyevin mülkü.

Mahir Rəfiyevin mülkü.

 Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin də adı Çexiyada mülkləri olanlar sırasındadır. A.Paşayev 2005-ci ildən «RETRO- Inter» şirkətinin rəhbəridir. 2006-cı ildən bu şirkəti Azərbaycanın Karlovı Varıdakı fəxri konsulu Fəxrəddin Mirzəyev idarə edir.

«RETRO» şirkətinin «Karlovy Vary Sadová 844/12» və «Karlovy Vary Studentská 436/56a» ünvanlarında mülkləri var. «U dubu 691/48, Braník, 14700 Praha 4 20173/264361» ünvanındakı mənzil də «RETRO»ya məxsusdur

Deputat Adil Əliyev 2001-ci ildən 2012-ci ilədək «WEST END CENTRE» şirkətinin rəhbəri olub. OCCRP-nin 2012-ci ildə dərc etdiyi araşdırmada Adil Əliyevin də adı çəkilirdi. Bundan sonra o, şirkətdəki payından imtina edib.

Adil Əliyevin «Karlovy Vary Bulharská 305/33» ünvanında mənzili var.

Adil Əliyevin mülkü.

Adil Əliyevin mülkü.

«Karlovy Vary Zahradní 616/1» ünvanında da Əliyevlər ailəsinə bağlı üç mənzil qeyd olunur:

1. Aliyeva Aybaniz, Zahradní 616/1, 36001 Karlovy Vary 15655/96578
2. WEST END CENTRE s.r.o., Zahradní 616/1, 36001 Karlovy Vary 35974/96578
3. RAN LIMITED s.r.o., Zahradní 616/1, 36001 Karlovy Vary 15655/9657

Bundan başqa, sayt Adil Əliyevin qardaşı Allahverdi Əliyevə, eləcə də Adil Əliyevin oğlu Ruslana aid mülkləri sadalayır:

1. Aliyev Ruslan, V. Mamedova 16, Baku, Ázerbájdžánská republika 1148/264361
2. Aliyeva Natavan, V. Mamedova 16, Baku, Ázerbájdžánská republika 1148/264361
3. MCP Aliyev Allahverdi a Aliyeva Tamara, Zahradní 616/1, 36001 Karlovy Vary 2296/264361

Qeyd edək ki, prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev Çexiyanın kurort şəhəri Karlovı Varıda daşınmaz əmlakının olması barədə xəbəri təkzib edib. Adil Əliyev isə deyib ki, Karlovı Varıdakı evlər Bakının Sulutəpə qəsəbəsindəki mənzillərlə, demək olar, eyni qiymətədir: «Mənim Karlovı Varıda evim var. Burada qeyri-adi nə var ki?! Həmin evi hər kəs ala bilər».

BIR CAVAB BURAXIN