Çexiya prezidenti Miloş Zeman ölkə parlamentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaq niyyətindədir.
APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarı Serj Sarkisyanla görüşündən sonra birgə mətbuat konfransında deyib.
Xatırladaq ki, iyunun 2-də Almaniya Bundestaqı da qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə qəbul edib.