Çexiya “Avropa Birləşmiş Ştatlarına” yox dedi

0
571

Avropa Birləşmiş Ştatlarının yaradılması qəbuledilməzdir.

Bunu Slovakiyada jurnalistlərə açıqlamasında Çexiya Prezidenti Miloş Zeman söyləyib.

“Hesab edirəm ki, Martin Şults Avropa Birləşmiş Ştatları bəyanatı ilə Avropanın federallaşması ideyasına ciddi zərbə vurub. AB-yə inteqrasiya prosesləri fərqli yönlərdə inkişaf edə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Şults 2025-ci ilə qədər Avropa Birləşmiş Ştatlarını yaratmaq istədiyini bildirib. Onun ideyasını Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel də dəstəkləyib. Axar.az

BIR CAVAB BURAXIN