Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə 5 qarşılaşma baş tutub.
Günün ən böyük maraq doğuran oyunlarından biri Rumıniyada keçirilib. Belə ki, Pep Qvardiolanın yeni komandası “Mançester Siti” qrup mərhələsi yolunda “Styaua”nın qonağı olub. Görüş “şəhərlilər”in 5:0 hesablı darmadağını ilə yekunlaşıb. Matça Serxio Aquerro damğa vurub. Belə ki, görüş ərzində iki penaltidən yararlana bilməyən argentinalı, əvəzində het-trik edib.
“Rostov” Amsterdamda “Ayaks”ın qonağı olub. Rusiya təmsilçisi qrup şansını davam etdirmək üçün Hollandiyadan sərfəli nəticə ilə dönüb – 1:1.
Çempionlar Liqası
Pley-off mərhələsi
16 avqust
“Kopenhagen” (Danimarka) – APOEL (Kipr) – 1:0
Qol: Pavloviç, 43
“Dinamo” (Xorvatiya) – “Zalsburq” (Avstriya) – 1:1
Qollar: Roq, 76 – Lazaro, 59
“Styaua” (Rumıniya) – “Mançester Siti” (İngiltərə) – 0:5
Qollar: David Silva, 13, Aquero, 41, 78, 89; Nolito, 49
“Ayaks” (Hollandiya) – “Rostov” (Rusiya) – 1:1
Qollar: Klaasen, 38 (pen.) – Noboa, 13
“Yanq Boyz” (İsveçrə) – “Borussiya” (M. Almaniya) – 1:3
Qollar: Süleymani, 56 – Raffael, 11, Hahn, 67, Roxat, 69 (öz qapısına)