Çempionlar liqası V turunun növbəti oyununda Qarabağ Çelsi-ni qəbul edəcək

0
695

 

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək. Arazinfo.com-un Apasport.az-a istinadən  məlumatına görə, A, B, C və D qruplarında növbəti mərhələyə vəsiqələrin taleyi də həll oluna bilər.

İkinci oyun günündə bütün Azərbaycanın diqqəti “Qarabağ”a yönələcək. Çempionumuz evdə “Çelsi”ni sınağa çəkəcək. C qrupunda baş tutacaq görüşdə İngiltərə təmsilçisi qalib gəlsə, 1/8 finala yüksələcək. Heç-heçə olsa, London klubu “Atletiko”nun qalib gəlməməsini arzulamalıdı. Sonuncularla görüşdə qazanılacaq 1 xal “Roma”nı da 16 ən yaxşı arasında daşıyacaq.

Bir sözlə, qrupumuzda hər iki 1/8 finalçının adı dəqiqləşə bilər. Buna mane olmağa çalışacaq “Qarabağ” şanslarını qorumaq üçün qalib gəlməli, Avropa Liqası uğrunda mübarizədə üstünlük qazanmaq üçün xal əldə etməlidi. Çempionumuz məğlub olsa, “Atletiko” evdə qələbə qazansa, təmsilçimizin üçüncülük şansı da itəcək.

“Mançester Yunayted” 1 xalla da qrupdan çıxmış olacaq. İngiltərəlilərin məğlubiyyətlə mərhələ keçməsi üçün MOİK-in də xal itirməsi lazımdı. Sonuncular uduzsa, “Bazel” də qələbə ilə 1/8 finalçı olacaq.

B qrupunda PSJ və “Bavariya” 1-ci yer, “Seltik”lə “Anderlext” Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

D qrupunda keçiriləcək “Yuventus” – “Barselona” görüşü bir, hətta iki vəsiqənin sahibinin müəyyənləşməsi ilə nəticələnə bilər. İspaniya klubu səfərdən xalla dönsə, qrup qalibi olacaq. Barselonanın eyniadlı təmsilçisi uduzsa, hər iki komandanın gözləri “Sportinq”in xal itirməsinə yönələcək. Portuqaliya təmsilçisinin uğursuzluğu hər iki nəhəngi 1/8 finala daşıyacaq.

 

Çempionlar Liqası

V tur

22 noyabr

A qrupu

21:00. MOİK (Rusiya) – “Benfika” (Portuqaliya)

23:45. “Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)

1. Mançester Yunayted 4 4 0 0 10-1 12
2. Bazel 4 2 0 2 8-5 6
3. MOİK 4 2 0 2 5-8 6
4. Benfika 4 0 0 6 1-10 0

B qrupu

23:45. PSJ (Fransa) – “Seltik” (Şotlandiya)

23:45. “Anderlext” (Belçika) – “Bavariya” (Almaniya)

1. PSJ 4 4 0 0 17-0 12
2. Bavariya 4 3 0 1 8-4 9
3. Seltik 4 1 0 3 5-9 3
4. Anderlext 4 0 0 4 0-15 0

C qrupu

21:00. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

23:45. “Atletiko” (İspaniya) – “Roma” (İtaliya)

1. Roma 4 2 2 0 8-4 8
2. Çelsi 4 2 1 1 11-7 7
3. Atletiko 4 0 3 1 2-3 3
4. Qarabağ 4 0 2 2 2-9 2

D qrupu

23:45. “Sportinq” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan)

23:45. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)

1. Barselona 4 3 1 0 7-1 10
2. Yuventus 4 2 1 1 5-5 7
3. Sportinq 4 1 1 2 5-6 4
4. Olimpiakos 4 0 1 3 3-8 1

BIR CAVAB BURAXIN