empionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, qrupa adlayan daha 5 komandanın adına aydınlıq gəlib.
“Styaua” ilə formal cavab matçına çıxan “Mançester Siti” bu dəfə də qələbə qazanıb. Ancaq “şəhərlilər” ilk oyundakı 5:0 hesablı darmadağından sonra öz meydanında sadəcə 1 qolla kifayətləniblər.
“Yanq Boyz” üzərində səfər qələbəsi əldə edən Mönhenqladbax “Borussiya”sı da ikinci oyunda rahat qələbəyə sevinib – 6:1.
Böyük maraqla gözlənilən “Rostov” – “Ayaks” görüşü isə rusların darmadağını ilə yekunlaşıb – 4:1.
Qeyd edək ki, bu qarşılaşmalardan sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayıb, məğlublar isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
Çempionlar Liqası
Pley-off mərhələsi. Cavab oyunları
24 avqust
APOEL (Kipr) – “Kopenhagen” (Danimarka) – 1:1
Qollar: Soteryou, 69 – Santander, 86
İlk oyun – 0:1
“Zalsburq” (Avstriya) – “Dinamo” (Xorvatiya) – 1:2 (əlavə vaxt)
Qollar: Lazaro, 22 – Fernandes, 87, El Sudani, 95
İlk oyun – 1:1
“Mançester Siti” (İngiltərə) – “Styaua” (Rumıniya) – 1:0
Qol: Delf, 56
İlk oyun – 5:0
“Rostov” (Rusiya) – “Ayaks” (Hollandiya) – 4:1
Qollar: Azmun, 34, Eroxin, 52, Noboa, 60, Poloz, 66 – Klaasen, 84 (pen.)
İlk oyun – 1:1
“Borussiya” (M. Almaniya) – “Yanq Boyz” (İsveçrə) – 6:1
Qollar: Azar, 9, 64, 84 Rafael, 33, 40, 77 – Rave, 79
İlk oyun – 3:1