UEFA Çempionlar Liqasının 2016/17 mövsümünün qrup mərhələsinə yekun vurulub. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komandadan 16-sı növbəti mərhələyə yüksəlib.
Belə ki, 4 komandadan təşkil olunana hər qrupda ilk 2 yerin sahibi mübarizəni davam etdirəcək. Üçüncülər isə yarışa UEFA Avropa Liqasında davam edəcəklər.
UEFA Çempionlar Liqası
1/8 finala yüksələnlər
Qrupda birinci olanlar: “Arsenal”, “Napoli”, “Barselona”, “Atletiko”, “Monako”, “Borussiya” D., “Lester”, “Yuventus”.
Qrupda ikinci olanlar: PSJ, “Benfika”, “Mançester Siti”, “Bavariya”, “Bayer”, “Real”, “Porto”, “Sevilya”.
Mübarizəni Avropa Liqasında davam etdirəcək komandalar: “Beşiktaş”, “Ludoqorets”, “Borussiya” M., “Rostov”, “Tottenhem”, “Legiya”, “Kopenhagen”, “Lion”.
Avrokuboklarla vidalaşanlar: “Bazel”, “Dinamo Kiyev”, “Seltik”, PSV, MOİK, “Sportinq”, “Brügge”, “Dinamo Zaqreb”.