“Çelsi” yeni baş məşqçinin rəhbərliyi altında çempionatda ilk qələbəsini qazanıb

0
531

Londonun “Çelsi” klubu futbol üzrə İngiltərə Premyer Liqasının birinci dövrəsi çərçivəsində “Haddersfild Taun” komandası ilə keçirdiyi matçda böyükhesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, “Con Smits” stadionunda keçirilən görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Zadəganlar” qələbəni N’Qolo Kante, Pedro və Jorjinyonun vurduğu qollar sayəsində bayram ediblər.

Bu, London klubunun yeni italiyalı baş məşqçisi Mauritsio Sarrinin İngiltərə çempionatında ilk oyunu olub.

“Çelsi” növbəti turda öz meydanında “Arsenal”ı qəbul edəcək, “Haddersfild” isə hazırkı çempion “Mançester Siti” ilə qarşılaşacaq.

Digər oyunlarda “Tottenhem Hotspur” “Nyukasl Yunayted”i (2:1), “Bornmut” “Kardiff Siti”ni (2:0), “Fulhem” isə “Kristal Pelas”ı (2:0) məğlub edib.

“Mançester Yunayted” mövsümün ilk oyununda “Lester” üzərində qələbə qazanıb.

BIR CAVAB BURAXIN