Londonun “Çelsi” futbol komandası Madridin “Real” komandasının hücumameyilli yarım müdafiəçisi İsko üçün 70 milyon funtsterlinq ödəməyə hazırdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə The Daily Mail qəzetinin məlumatında deyilir. Qəzetin yazdığına görə, İskonun özünə isə həftədə 250min funtsterlinq verilməsi nəzərdə tutulub. Xatırladaq ki, “Real” Madrid bir müddət əvvəl İskonun transfer qiymətinin 600 milyon avro olduğunu bəyan edib.