Çe Gevaranın yataq MACƏRALARI: çoxsaylı gənc qızlar və inanılmaz eşq oyunları

0
1222

Çe Gevaranın yataq MACƏRALARI: çoxsaylı gənc qızlar və inanılmaz eşq oyunları - FOTOLAR

14 iyun Kuba inqilabının komandanı Ernesto Çe Gevaranın 89-cu doğum günüdür.

Partizanların düşünmədən onun arxasınca getdiyi kimi, qadınlar da bircə baxışından valeh olaraq Çe Gevaranı təqib edirdilər. İnqilab Çe Gevaranın tək sevgisi deyildi, qadınlar həyatında çox önəmli yer tuturdular. Və onlardan bir neçəsi məşhur cənubi amerikalının həyatında mühüm iz qoya bildilər.

Çe Gevara ehtiraslı və bihuşedici fərd kimi tarixdə özünə yer edir və “kişi bütün ömrünü bir qadınla keçirməməlidir” fikrini tez-tez təkrar edirdi.

Çox adam təəccüblənirdi, necə olur ki, Çe rahatlıqla qadın qəlblərini fəth edir. Axı dostları onu elə müdhiş kavalyer kimi görmürdülər. Heç bu ona lazım da deyildi, qadınlar Ernestonun kəskin ağıllı, mütaliəli və coşğun olduğuna vurulurdular.

Çe Gevara cavan yaşlarında

Çenin ilk sevgisi Çinçina ləqəbli qız olur. O, məktəbin ən gözəl qızı sayılırdı, eyni zamanda zəngin ailənin övladı idi. Ernesto aşiq olur və xanımın da sevgisini qazanmağı bacarır. Planlarında universiteti qurtarıb evlənmək var idi, lakin Çe Latın Amerikasına səyahətə çıxır və onların yolu ayrılır.

Gevara və onun birinci xanımı İlda Gadea qızları ilə

Çenin birinci evliliyi perulu xanım İlda Qadea ilə baş tutdu. Onları ümumi maraqlar birləşdirirdi, inqilabçını xanımda cəlb edən bu oldu ki, o, Tolstoy, Dostoyevski və Qorkini oxuyur, marksist fikirlərə üstünlük verir və inqilabi ruhdadır. İlda da Çedən necə xoşlandığını nəql edir: “Həkim Ernesto Gevara məni ilk söhbətdən valeh etdi, onun dərrakəliyi, ciddiliyi və marksizmə baxışını çox bəyəndim. Varlı ailədən çıxması, əlində həkim diplomunun olması ilə, o, rahatca öz vətənində karyera qura bilərdi. Lakin Çe həmişə iddia edirdi ki, həkim bütün insanlığın yaxşı yaşamasına xidmət etməlidir və beləcə daim siyasi sistemləri, hakimiyyətləri müzakirələrə can atırdı”.

Gevara və onun birinci xanımı İlda Gadea

Çe Gevaranı əsasən inqilabi ideyaları özündə əks etdirən xanımlar daha çox cəlb edirdi. Argentila Aleida Març ilə Kubada partizan mübarizələri zamanı tanış olmuşdu. Aleida gizli hərəkatın aktiv iştirakçısı idi və sonradan Çenin şəxsi katibi oldu.

Gevaranın toy şəkili. Aleida Març ilə

Aleida xatirələrində Çenin onun ürəyini necə fəth etməsini yazır: “Biz fabrikin arxasında düşmən düşərgəsinin keçib getdiyini izləyirdik, qəfil Çe şeir deməyə başladı. Bu zaman mən başqaları ilə danışırdım, Ernesto bununla mənim diqqətimi cəlb etməyə can atırdı. İstəyirdi ki, mən ona bir lider, başçı kimi yox, sadə səmimi kişi kimi baxım”.

Aleida Març övladları ilə

Qələbədən sonra Çe birinci xanımından boşanır və Aleida ilə evlənir. Bu nikahdan onların 4 övladı dünyaya gəlir və 1959-cu ildən 1965-ci ilədək birlikdə ömür sürürlər. Sonralar Aleida Havanada “Çe Gevara” mərkəzinin rəhbəri olur və xatirələr kitabı nəşr edir. Kitabda Çenin ağıllı, alicənab, zərif, lakin çoxtez tərk edən sevgili olduğunu qələmə alır.

Gevara və Aleida Març övladları ilə

Çenin yalnız qalması “Partizan Tanya” ləqəbli Tamara Bunke Bider üçün əla şans idi. Tamara Çe Gevara ilə tərcüməçi qismində onu müşayiət edərkən tanış olmuşdu. Tamaranın birmənalı fiqur olmaması haqda bir neçə versiya var. Bir mənbəyə görə, o, Kubanın Boliviyadakı kəşfiyyatının xəfiyyəsi və Boliviya prezidenditinin məşuqəsi idi. Digər mənbəyə görə, Tanya SSSR-i “KQB”sinin agenti olub. Sonradan Çe ilə dağlara çəkildilər. Bir versiyaya görə, 1967-ci ildə komandanın ölümündən 40 gün qabaq vəfat edir. Digər versiyaya görə isə, sağ qalır SSSR-ə dönərək başqa adla yaşayır.

Tamara Bunke, yaxud partizan Tanya

Çenin qadınları bununla da bitmir. Hətta son günlərində belə, onu həbs edərək La İgera kəndində yerləşən bir məktəbdə saxladıqları müddətdə ona yemək gətirən yerli, 19 yaşlı müəllimənin ürəyini fəth edir. Bu Xulia Kortes idi, axırıncı dəfə Gevaranı sağ görən adi vətəndaş. Xulia xatirələrində yazır ki, ilk baxışdan komandana aşiq olub: “Həvəs məni gedib, eybəcər və pis adama baxmağa sövq etdi. Lakin olduqca cazibədar, yaraşıqlı adam gördüm. Üst-başı olduqca pis vəziyyətdə idi, avara təsiri bağışlayırdı, amma gözləri par-par parıldayırdı. O, mənim üçün mərd və çox ağıllı biri idi, inanmıram ki, bundan sonra onun kimisi doğulsun”.

Son sevgisi Xulia Kortes

Hazırladı: Zaur H/Publika.az

BIR CAVAB BURAXIN