Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında 3 işçi qrupuna yeni sədrlər təyin ediləcək.
Arazinfo.com-un verdiyi xəbərə görə, millət vəkili Sahibə Qafarovanın Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Cavanşir Feyziyevin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Xanlar Fətiyevin isə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə təyin ediləcəyi gözlənilir.
Bununla əlaqədar “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik edilməsi nəzərdə tutulub.