Cavanşir Feyziyev maska məsələsində günahsızdır

0
7288

Zəhrimar Koronavirus būtūn dūnyanı qarışdırïb. Həmçinin Azərbaycan gūndəmi də Koronanın işğalına məruz qalıb. Īşğaldan qurtulmağın yollarını aramaqdansa bir – birimizin ətini yeməyə girişmişik. Andra qalmış maskaya görə sanki vətəndaş mūharibəsinə başlayırmışıq kimi səs – kūy aləmi būrūyūb. Vallah mən şəxsən bu maska deyillən şoğəribi heç vaxt yaxına buraxmaram Nə olacaq , olacaq. Ellə gələn dərd toy – bayramdır. Bu məsələnin bir tərəfidur. Mənim bu yazını hazırlamaqda məqsədim tamam başqadır. Vətəndaş və qələm adamı olaraq , eyni zamanda Şəkidə dūnyaya gəlmiş , böyūyūb boya – başa çatmış bir insan kimi mūnasibət bildirməyi özūmə borc bilirəm. Öncə onu xūsusi olaraq qeyd edim ki , xalqımızın çətin anında şəxsi mənafeyini gūdūb möhtəkirliklə məşğul olan hər kəsi mən də qınayır , lənətləyirəm. Daha sonra bir daha onu da xūsusi olaraq qeyd etmək istəyirəm ki , kimsəni mūdafiə etmək niyyətim yoxdur. Məni narahat edən maska məsələsinin sınırları aşaraq şəxslər arası intriqa mūstəvisinə keçməsidir. Mən şəxsən deputat Cavanşir Feyziyevlə yaxından tanış deyiləm. O da şəxsən məni tanımır . Amma bu heç də o demək deyil ki , bildiklərimi və eşitdiklərimi deməkdən çəkinməliyəm. Əlqərəz , onu demək istəyirəm ki , Cavanşir Feyziyevin adının maska deyilən bez parçası ilə birlikdə hallanması insafsızlıqdır. Mənim sorağını eşitdiyim Feyziyev belə hərəkətə yol verməz. Çūnki onun qəlbində mərhəmət hissi kifayət qədər çoxdur . Cavanşir Feyziyevi Azərbaycan ictimaiyyəti 2005 -ci il parlament seçkiləri öncəsi tanıdı. O 2005 -ci il parlament seçkilərində Şəki 114 saylı birinci seçki dairəsindən deputatlığa namizədliyini mūstəqil olaraq irəli sūrmūşdū . Seçki kampaniyası ərəfəsində onun şəxsən mənim Baş Göynūk kəndimdə ayrı – ayrı insanlara etdiyi yardımlar barədə eşidəndə yaxşı mənada sevinirdim. Dūzūnū deyirəm , hərdən də dūşūnūrdūm ki , hələ bilmir nə olacaq, amma yūz min manatdan çox bir kənddə insanlara yardım göstərir. O Şəkinin būtūn kəndlərinin insanlarına bu formada yardımlar göstərirdi. O ərəfədə Şəkinin səmasında bir Feyziyev adlı ulduz bərq vururdu. Insanlar çox arzulayırdı ki , nəhayətdə onun kimi bir deputatları olsun. Amma hansısa səbəbdən o, seçkiyə az qalmış namizədliyini geri götūrdū. Buna baxmayaraq o , Şəkinin insanları ilə əlaqəni kəsmədi . Əksinə daha da qaynayıb qarışdı. Yūzlərlə insanı işlə təmin etdi. Hətta iş verib etibat etdiyi həmyerliəri bir neçə dəfə ona kūllū miqdarda zərər də yetirdilər. Amma o , yenə mūəyyən qədər gūzəştə getməyi bacardı. Mən 2011 – ci ilə qədər olan vəziyyəti nəql etdim. Sonrakı illərdə də eşitdiklərim əvvəlki illərdə olduğunun təkrarı idi. Amma 2016 -cı ildə eşitdim ki , Feyziyev biznes həyatına son qoyub. Adam siyasətlə məşğul olmağı ūstūn tutub . Buna görə kimsə onu qınaya bilməz. Bu gūn onu durub maska maxinasiyasında ittiham etmək dūzgūn deyil. Adam deyir ki , rəsmən Avromedlə heç bir bağlılığım yoxdur. Inanmaq istəmirlər. Bu azmış kimi onun deputat seçilməsini də şūbhə altına alırlar. Heç nədən çəkinmədən deyirəm: 9 fevral seçkilərində təmiz, halallïqla sekikən 10 depurat varsa , onlardan biri də Cavanşif Feyziyevdir . Başqa kimsənin barəsində bu cūr əmin danışmaram. Amma bəziləri kimi mən onu Tağıyevlə mūqayisə etmək fikrində də deyiləm. Çūnki Tağıyev kimi insanlar yūz ildə bir dəfə doğulurlar . Heç şūbhə etmirəm ki , Feyziyev də özūnū heç kimə bənzətmək istəmir. Nə isə , ortada maskadan daha çox başqa bir şeyin davasının getdiyini sezməmək naşılıq olardı. Inşallah tezliklə maskalar yırtılacaq və o zamanan əsl həqiqət ortaya çıxacaqdır.

Şahin Aydəmir, yazıçı-jurnalist

Arazinfo.com