Cənab prezidenti kim aldadır?

0
1494

PREZİDENTƏ və XALQA qarşı ağır CİNAYƏT…

Cənab MİKAYIL CABBAROV!

ƏMLAK KOMİTƏSİNİN Cənab Prezidentin adından istifadə edərək Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çeklərinə heç bir hüquq verməyən kağız parçası kimi “DÖVRİYYƏDƏN ÇIXARILMIŞDIR” deməsi və MƏTBUATDA yayması CİNAYƏTDİR.

https://az.trend.az/azerbaijan/society/2380529.html

Özəlləşdirmə Çeklərini Satmayan Ailələr adından Cənab Prezidentə göndərilmiş və Prezident Administrasiyasında 11 avqust 2018-ci il tarixində 16226 qeydiyyat nömrəli şikayət məktubuna cavab olaraq Dövlət Əmlak Komitəsi məmurları CİNAYƏT edərək, bir emitent kimi PREZİDENTİN 2004-cü ildə verdiyi 11 iyun 75 nömrəli Fərmanın 1.2 bəndini TƏHRİF EDİB “ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ DÖVRYYƏDƏN ÇIXARILIB” və adi kağız parçası olduğunu yazmışdır.

Bu, bəzi oliqarx deputatlar, məmur və hüquqşünasların xalqa məxsus əmlaklarını öz çirkli pulları ilə ələ keçirmək hiyləsidir. Onlar prezidenti aldadaraq qol çəkdirdikləri bəzi fərmanlarla baş verə biləcək bütün məsuliyyəti ölkə başçısının üstünə atırlar.

Əmlak Komitəsinin özəlləşdirmə çeklərini adi kağız elan etməsi xalqa və Cənab Prezidentə qarşı cinayətdir. Bu cinayət əməli Əmlak Komitəsinin məmurlarına sərf etdiyi üçün bu gün də xalqı aldadaraq özəlləşdirmə çeklərini qara bazarda yığmağa davam edirlər.

ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ barədə cinayətləri təsdiq edən 2022-ci ilə yazılmış bu 3 ELMİ-PRAKTİK məqalə DÖVLƏT Ali Atestasiya KOMİSSİYASININ nəzarətində olan QANUN Jurnalında – bir neçə ekspert və 8-dən çox Hüquqşünas Alim tərəfindən hazırlanıb.

https://www.facebook.com/groups/668471343515846/permalink/1739273473102289/

Artıq hamıya məlumdur ki, Cənab Prezidenti aldadaraq Özəlləşdirmə Çeklərinin Tədavülünün Fərmanla dayandırılması – KORRUPSİYA Cinayətidir !

https://www.facebook.com/groups/668471343515846/permalink/1587723841590587/

Qanunla Miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor qanunla ödəmənin ən azı 65%-ni özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Prezidenti və Xalqı aldadan məmurların cəzası ağır olacaq.

Hüquqşünas alimlərin elmi-praktiki araşdırmasından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman Prezident Adminstrasiyası başçısının köməyi ilə yeni təyin olunmuş Əmlak Məsələləri Komitəsinin rəhbəri oliqarx məmurlar vasitəsilə o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd səlahiyyətlər verməklə, öz məqsədləri üçün istifadə ediblər. Belə Fərmanları imzalatdıranların məqsədi prezidentə əlavə səlahiyyətlər vermək deyil, əsas məqsəd Konstitusiya, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə öz cinayətlərini Cənab Prezidentin üzərinə qoymaq hiyləsi dayanır. Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, Beynəlxalq İnsan Hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.

PREZİDENTİ və Qiymətli Kağızlar barədə HÜQUQİ SAVADSIZ DEPUTATLARI ALDADANLAR – (öz çirkin əməllərini və Korrupsiya cinayətini gələcəkdə Cənab Prezidentin üstünə atmaq üçün qurulmuş “gözəgörünməz BÖYÜK TƏLƏ ” oyununu quranlar).

Ehtimal olunan gözəgörünməz oyunçular: Milli Məclisin Sədri, həm də Konstitusiya Hüququ kafedrasının müdiri MURTUZ ƏLƏSKƏROV və oğlu Fuad Ələskərov, Cəmil Həsənli, Deputat Əli Kərimli, Deputat Etibar Məmmədov, PA rəhbəri Ramiz Mehdiyevin və FƏRHADIN gizli RAZILAŞMASI ilə baş tutmuşdur.

NİYƏ? ÇÜNKİ HAMI GÖZƏL BİLİR Kİ, ONSUZ DA PREZİDENT İSTƏSƏ ÖZƏLLƏŞDİRMƏSİ ÜÇÜN HEÇ BİR QEYRİ-KONSTİTUSİYON QANUNA və ya FƏRMANA EHTİYAC YOXDUR – BİR ZƏNG, BİR SÖZ BƏS EDİR VƏ HEÇ KİM BU SÖZDƏN ÇIXMAQ İQTİDARINDA DEYİLDİ ( QEYRİ-QANUNİ OLSA DA).

CƏNAB PREZİDENTƏ düzgün məlumatı ancaq Prezidenti və Ailəsini sevən qeyrətli bir MƏMUR və ya DEPUTAT VERƏ BİLƏR. Cənab Prezidentin bacısı Sevil xanım, həyat yoldaşı Mehriban xanım və oğlu Heydər bu CİNAYƏTLƏR barədə tam məlumatlı olsalar, CƏNAB PREZİDENTƏ VƏ XALQA QARŞI DÜŞMƏNÇİLİK edərək bu Korrupsiya Cinayətini Cənab Prezidentin üstünə qoymaq istəyən ŞƏRƏFSİZ MƏMURLAR DAHA TEZ İFŞA OLUNAR!

Deputatların QANUNDA İcra Hakimiyyətinə Konstitusiyadan kənar belə səlahiyyətlər verməsi oliqarx məmurlar tərəfindən PA hüquqşünaslarının köməkliyi ilə Cənab Prezidentin və vətəndaşların mənafelərinin əleyhinə məharətlə istifadə olunur. Əlbəttə, bu cür konstitusiyadan kənar əlavə səlahiyyət verən qanun maddəsi və fərman bəndi prezidentə lazım deyil.

Prezidentin 22 iyul 2022-ci il Sərəncamından məlum olur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ədliyyə naziri Fikrət Məmmədov və Maliyyə naziri Samir Şərifov “Yeni Özəlləşdirmə” Qanunu lahiyəsi hazırlayır və ən geci 2023-cü ildə bu Qanun Milli Məclisdə qəbul olunacaq.

Hörmətli MİKAYIL CABBAROV, bu qərəzli oyundan və səhvlərdən SİZİN bir HÜQUQŞÜNAS və Nazir kimi XƏBƏRİNİZ VARMI?

SİZ ən cavan yaşınızdan DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ KOMİSSİYANIN üzü olmusunuz. ŞÜBHƏ var ki, SİZİN təyinatınız bu səhvləri edən Cənab Prezidentə qarşı qərəzli adamların əli ilə olub.

Əgər SİZ araşdırma apararaq bu səhvlər, CİNAYƏTLƏR barədə CƏNAB PREZİDENTƏ və Xalqa tezliklə düzgün MƏLUMAT VERMƏSƏZ, Sizi Cənab PREZİDENTİN və XALQIN qarşısında təqsirli və etibarsız edəcək bu şübhəni təsdiqləyəcək.

Sizin tabeçiliyinizdə olan Əmlak Komitəsi məmurları cinayət edərək Prezidenti və xalqı aldatdıqları bəs deyilmiş kimi, hətta HƏYASIZIQ və ŞƏRƏFSİZLİK edərək çoxsaylı ziyalıların, akademik və professorların, deputatlar və hüquqşünas alimlərin mətbuat vasitəsi ilə Özəlləşdirmə Çeklərinin QANUNLA bu gün ən bahalı Dövlət Qiymətli Kağızı olduğunu əsaslandırmasına, Xalqı maarrifləndirməsinə və hüquqi səhvlərin aradan qaldırılması üçün çağırışlar etməsinə CAVAB OLARAQ Sizin Nazirliyin adından Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır. “Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq” yazaraq mətbuatda açıq surətdə Konstitusiya və qanunlara əməl edərək işi araşdırmaq əvəzinə vətəndaşları, ziyalıları, deputatları və hüquqşünasları hədələyirlər.

Oxuyun: Yanvar 2022

https://qafqazinfo.az/news/detail/meshur-ceklerin-20-mine-alinmasi-iddiasina-resmi-reaksiya-349490

28 mart 2022 https://az.trend.az/business/3573906.html

Cənab Mikayıl Cabbarov, oliqarx məmurların hüquqşünaslar vasitəsi ilə Cənab Prezidenti aldadaraq qol çəkdirdikləri bəzi Fərmanlarla öz CİNAYƏTLƏRİNİ və baş verə biləcək bütün məsuliyyəti Prezidentin üstünə atırlar. ƏLBƏTTƏ, Qanunlara və Konstitusiyaya uyğun tələb – yəni Fərmanların başında ƏSASLANDIRMA – ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ İLƏ ƏLAQƏLİ HEÇ BİR FƏRMANDA YOXDUR. ÇÜNKİ ƏKS HALDA FƏRMANLARI HAZIRLAYANLAR ÖZLƏRİ BİRBAŞA CİNAYƏT ETDİKLƏRİ və Cənab Prezidentə qarşı cinayətkar əməlləri daha aydın olardı.

SİZİN nəzarətinizdə olan Əmlak Komitəsi xalqı nə vaxta qədər aldadıb, 25 ildir böyük ümidlə saxladığı çekləri ucuz qiymətə satmağa məcbur edəcək? SİZİN məmurların özbaşınalığı və sadə vətəndaşlara belə psixi və mənəvi təzyiqi nəticəsində bəzi vətəndaşlar ailələrinin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini adi kağız parçası – suvenir kimi 28 may metrosundakı Əmlak Komitəsi məmurlarının nəzarət etdikləri qara bazara satırlar.

EHTİMAL edək ki, bu əməllər qərəzli olmayıb və sadəcə SƏHVDİR! Bəs indi niyə Cənab Prezidentdən bu səhvi gizlədirlər. Çünki bu onların əvvəlcədən planlaşdırılmış HİYLƏSİDİR! İndiki vəziyyətdə hamısı bu CİNAYƏT işində əlaqəli olduqlarından AĞIR CƏZADAN QORXURLAR.

Əziz Deputatlar və Məmurlar, Ziyalılar bilirsizmi ki, Mülki Məcəllənin 17-cı Maddəsi ilə kimlərə ŞƏRƏFSİZ deyirlər?

Cənab Nazirlər və Deputatlar artıq bütün Faktlar Cənab Prezidentə və Xalqa qarşı Cinayət edən tamahkar Deputat və Məmurların olduğunu üzə çıxarmışdır. Bu gündən başlayaraq Sizin susmağınz, Cənab Prezidentə və Xalqa düzgün olmayan məlumatlar verməniz Sizin günahkar olmağınızı sübut edən dəlil kimi gələcəkdə XALQA QARŞI mütəşəkkil cinayət və DÜŞMƏNÇİLİK – SİZƏ QARŞI CİNAYƏT ƏMƏLİ kimi dəyərləndiriləcək.

2000-ci il Konstitusiya Məhkəməsinin və HÜQUQ Ekspertlərinin səhvləri:

5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur.
Maddə 18. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi 18.2. Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları və bu qayda üzrə özəlləşdirilən dövlət müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

2000-ci ildə Deputatların və Konstitusiya Məhkəməsinin kobud səhvləri nəticəsində Cənab Prezidentə və Xalqa qarşı Cinayət əməli kimi istifadə olunacaq bu Qanundakı KONSTİTUSİYADA PREZİDENT SƏLAHİYYƏTLƏRİNƏ aid olmayan və Beynəlxalq Hüquqa Zidd bu bəndlər, Fərmanla qəbul olunan Dövlət Proqramı üçün İCRA HAKİMİYYƏTİNƏ Fərdi Özəlləşdirmə qaydası (Konstitusiyaya Tam Zidd ), mülkiyyət əmlak bölgüsü, qiymətli kağızların dövriyyəsi, alqı-satqısı qaydası, qiymətinin müəyyənləşdirilməsi və s. hüquqları verməklə bu gün Cənab Prezidenti aldadan oliqarx məmurlar həm Prezidenti Xalq qarşı qoymağa, həm də bütün CİNAYƏTİ və məsuliyyəti Prezidentin üstünə atmağa çalışırlar.

Özəlləşdirmə çekləri qiymətli kağızlar olduğuna görə Mülki Məcəllə ilə mülkiyyət hüququna malik olması təsdiqlənir. Mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam vermək kimi sahələri ancaq qanunla tənzimləyir. Yəni bunların dövriyyəsi və dövriyyədən çıxarılması ancaq qanunla baş verə bilər. Deməli, fərmanla tənzimlənmə Konstitusiyaya və Qanunlara ziddir, Konstitusiyanın 109 maddəsində əmlaklar və qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi prezidentin səlahiyyətlərinə aid deyil. Ümumilikdə Özəlləşdirmə Proqramı Əmlak bölgüsü (Miras Əmlak Payı) və mülkiyyət hüququ ilə əlaqədar olduğundan Özəlləşdirmə Proqramı da ancaq qanunla tənzimlənməlidir. Dövlətin iqtisadi, sosial siyasəti Konstitusiyaya uyğun və qanunlarla tənzimlənir.

AR-nin Konstitusiya Məhkəməsinin Sədiri Cənab Fərhad Abdullayevdən XAHİŞ EDİRİK onun sələfinin səhvlərinin Cənab Prezident üçün hansı ağır nəticələr verəcəyini bilərəkdən TEZ bir zamanda araşdırmalara başlasınlar və Cənab Prezidentə xəbər versin. Dövlət əmlakının özəlləşdirilməsinin hüquqi tənzimlənməsində KONSTİTUSİYA və QANUNLARA uyğun olmayan hallar aradan qaldırılmayana və araşdırmalar başa çatmayana qədər QEYRİ-Qanuni Özəlləşdirmə təcili dayandırılmalıdır.

Özəlləşdiriləcək Dövlət Əmalaklarının – ədalətli mülkiyyət bölgüsü və alqı-satqısı ANCAQ QANUNLA təsdiqlənmiş QAYDA ilə aparılmalıdır ( 1-ci DÖVLƏT Özəlləşdirmə Proqramı Qanunundakı Qayda ilə 15+50% ).

XAHİŞ EDİRİK, TAM ƏTRAFLI Məlumatı və Faktıarı OXUYUN:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

https://m.haqqin.az/news/257988

Bəs, baş nazir və nazirlərin bu cinayətlərdə əlləri varmı?

Baş nazir 20 ildir Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının əsasnaməsini qəsdən hazırlamayıb. ( bax http://www.e-qanun.az/framework/12838) Əsasnamə olmadığına görə Komissiyanın sədri kimi özü və üzvləri olan nazirlər məsuliyyətdən kənarda qalıblar. Nəticədə bütün məsuliyyəti Cənab Prezidentin üzərinə atırlar. Baş Nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, Beynəlxalq Hüquqa uyğun olaraq qiymətli kağızların alqı-satqısı və dövriyyəsi ancaq qanunla tənzimlənməlidir.

Fərmanla özəlləşdirmə çeklərinin 2011-ci ildə tədavülü başa çatdıqdan sonra Əmlak Komitəsi yazdığı kimi 2011-ci il 1 yanvar tarixindən sonra özəlləşdirmə çekləri heç bir hüquqi əhəmiyyəti olmayan adi kağız parçasıdırsa, bu halda Nazirlər Kabinetindəki və Prezident Aparatındakı hüquqşünaslar axmaqdırlar, yoxsa Prezidenti, Baş Naziri aldadıblar? Əsas odur ki, bu tarixdən sonra birbaşa həm Cənab Prezident Özəlləşdirmə Çeklərini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə, həm də Baş nazir “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il də qərar verib.

Ulu Öndər Heydər Əliyevin dövlətçiliyə və xalqa olan münasibəti özünü özəlləşdirmə məsələsinə böyük həssaslıqla yanaşmasında öz əksini tapır. Xalqının qeyrətli oğlu kimi tarixi sosial ədalət prinsipini əsas tutaraq kapitalizmə dinc keçid üçün 1997-ci ilə qədər anadan olan bütün ölkə vətəndaşlarına bərabər mülkiyyət olmaqla, Miras Əmlak Payını dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə verdi. 1997-ci ildə Əmlak Komitəsi hər Özəlləşdirmə Payına ( 4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000$ olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi.

Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi ( 25 ildə ən azı 10 dəfə infilyasiyanı nəzərə alsaq, bu Miras Əmlak Dəyəri ən azı 20 000$ əmlak ekvalenti dəyərində səhm deməkdir). Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.

Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün Qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər. Cənab prezidenti aldatmaqla, gələcəkdə vətəndaş qarşıdurması yaratmaq, xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq istəyən bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədalət naminə vətəndaş müharibəsini qaçılmaz edir. Cənab Prezident özü dəfələrlə deyib ki, Dövlət olaraq ya biz Ulu Öndər Heydər Əliyevin Siyasətini davam etdirəcəyik, ya da məhvə doğru gedəcəyik.

Kimlər Ulu Öndərin Siyasətinin və Tarixi Ədalət ideologiyası prinsipinin, Xalqa Miras Əmlak Payı Vədinin, Konstitusiya və Qanunların əksinə mövqe tuturlarsa deməli Cənab Prezidentin, Xalqın və Dövlətin DÜŞMƏNLƏRİDİR!