Cəmisi 1 dollar 98 sent. İnsan dediyimiz budurmu?

0
690

Çəkisi 70-80 kq olan insanın orqanizimində 45,5 kq oksigen, 12,6 kq karbohidrat, 7 kq hidrogen, 2,1 kq azot, 1,4 kq kalsium, 700 qr fosfor var. Bütünlükdə digər elementlər isə (kalium, kükürd, natrium, xlor, maqnezium, dəmir və sink) təxminən 700 qram təşkil edir. Bu “var-dövlətin” hamısı amerikalıların hesablamalarına görə cəmisi 1 dollar 98 sentə bərabərdir.

 

İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqram təşkil edir.

BMT ekspertlərinin məlumatına görə, A vitamininin çatışmazlığı üzündən hər il dünyada 2 milyona yaxın 5 yaşında uşaq ölür.

Dörd yaşlı uşaq gün ərzində təxminən 450 sual verir.

İnsan sutka ərzində təxminən 23 min dəfə nəfəs alıb verir.

Bir saniyə ərzində insanın beynində 100 min kimyəvi reaksiya baş verir.

İnsan səhər tezdən axşama vaxtına nisbətən səkkiz mm hündür olur.

İnsanın 20 süd dişi var.

Mövcud olan məlumatlara əsasən 1967-ci ildən 1988-ci ilə qədər Zimbabvenin Bindura şəhərindən olan K.Kilner hamıdan çox, 565 939 ədəd həb dərman içib.

1923-cü ildə Böyük Britaniyalı Samuel Devidsona ən azı 78 900 insulin inyeksiyası vurulub.

Təcrübələr zamanı çılpaq kişilərin dözdüyü ən isti hava şəraiti 204 dərəcəyə, geyimli vəziyyətdə isə 260 dərəcəyə çatıb. Bifşteksin qızarması üçün yalnız 163 dərəcə lazımdır. Buna nisbətən daha asan dözülən hərarət saunalardadır: 140 dərəcə.

Haon adlı bir şəxs dayanmadan 2500 ədəd oxuduğu kitabı xatırlayıb.

Usta toxucu qara rəngin 100 çalarını seçə bilir.

Skeletdə 200 sümük və 630 skelet əzələsi var.

Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdığı zaman isə saatda 170 kilometr təşkil edir.

Bakteriyaların çoxu ziyansızdır, onların əksəriyyəti isə bizə sadəcə lazımdır. Onlar insanın bağırsağında B2 və R vitaminlərini istehsal edirlər. Bakteriyaların köməyi ilə şərab, pivə, turş süd məhsulları, xəmir və s.hazırlayırlar. Bakteriyalar çirkab sularını təmizləyir. Neftin, qazın və sellülozun təmizlənməsində də bakteriyalardan istifadə olunur. Çox təəssüf ki, yuyucu tozların və sabun reklamlarının nəticəsində bakteriyalar yalnız ziyanlı bir şey kimi tanınır.

Yalnız kəllə beyninin qabığında 16 milyarda yaxın sinir hüceyrələri mövcuddur, onların hər biri neyron və dendrit toru ilə 20 min başqa hüceyrələrlə bağlıdır. Bu o deməkdir ki, beynimizdə hüceyrələrin mümkün ahənginin, yer dəyişməsinin və digər hüceyrə kombinasiyalarının sayı bizim tanıdığımız kainatın molekulalarının sayından çoxdur.

İyimi ölkədə keçirilən çoxillik təcrübələrin nəticələrinə əsasən bəşəriyyət ağıllanır. İntellektin yoxlanılması üçün müntəzəm olaraq keçirilən testlər göstərir ki, hər növbəti nəslin intellekt əmsalı keçmiş nəslinkinə nisbətən 5-25 vahid çoxdur.

Yaponiyada keçirilmiş təcrübələr göstərir ki, saunada iki həftə ərzində hər gün 60 dərəcədə keçirilən 15 dəqiqəlik seanslar xroniki ürək çatışmazlığından əziyyət çəkən insanların damar divarlarını və ürək fəaliyyətini yaxşılaşdırır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyanın bütün xəstəxana çarpayılarının yarısı çirkli sudan xəstələnmiş pasientlərlə tutulub.

Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.

Körpənin doğulduğu an onun başının çəkisi ümumi çəkinin dörddə birini təşkil edir.

Şəhadət barmağı insan əlinin ən hissiyatlı barmağıdır.

İnsan tükü qurğuşundan, misdən, platindən möhkəmdir və möhkəmliyinə görə yalnız poladla rəqabət apara bilər. 0.05 millimetr qalınlığı olan tük 100 qr yükü saxlaya bilər. Qadın hörüyü orta hesabla iki yüz min tükdən ibarətdir və asanlıqla 20 tonluq yükə dözür.

Otuz yaşdan başlayaraq insanın əsas beyin ölçüləri azalır. Kişilərin beyninin çəkisi 20-29 yaşlarında, qadınlarda isə 15-19 yaşlarında maksimal ağırlıqda olur.

İnsan bədəninin tüklərinin yalnız 2 faizi başının payına düşür.

İnsan orqanizmi hər il 519 litrə qədər tüpürcək istehsal edir.

İldırım nəticəsində ölmüş insanların 85 faizi kişilərdir. İlham Cəmiloğlu. Modern.az

 

BIR CAVAB BURAXIN