Cəlilabadda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Report-un məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
Belə ki, bir neçə şəxs arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Bu zaman rayonun Kirovka kənd sakinləri – 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq yardım göstərilib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.