Gürcüstan parlamentinin keçmiş spikeri, “Demokratik hərəkat”ın lideri Nino Burcanadze növbəti parlament seçkilərinə hazırlıq çərçivəsində üçüncü əsas siyasi mərkəz yaratdığını bildirib.
Mediainfo.az-ın apsny.ge-yə istinadən verdiyi xəbərə görə, Burcanadze yeni siyasi mərkəzi iqtidarda olan “Gürcü arzusu- demokratik Gürcüstan” və müxalifətin “Vahid milli hərəkat”-na qarşı yaradıldığını vurğulayıb: “Biz bu hərəkatı Saakaşvili və İvanişvilini istəməyən insanlar üçün yaratmışıq və onların dəstəyi ilə də hakimiyyətə gələcəyimizə ümid edirik.”
O, 2020-ci ildə keçiriləcək parlament seçkilərində rəhbərlik etdiyi siyasi mərkəzin qalib gələcəyinə şübhə etmədiyini bildirib.