12 il bundan əvvəl Türkiyənin nüvə texnologiyası üzrə altı ən yaxşı mütəxəssisi təyyarə qəzasında ölüb. 2007-ci ildə İspartada baş verən təyyarə qəzası və türk enerji mütəxəssislərinin ölümü indiyədək müəmmalı qalır və türk cəmiyyəti bu olaya şübhə ilə yanaşır.
Teleqraf.com bu hadisə ilə bağlı məqaləni təqdim edir:
2007-ci ilin oktyabrın 30-da İstanbuldan İspartaya uçan təyyarə saat 01:36-da qəzaya uğrayıb. “Atlaset”in İstanbul-İsparta xətti ilə uçuş edən və World Focusdan icaryə götürdüyü təyyarə Süleyman Dəmrəl hava limanına enərkən yerə düşüb, qəza nəticəsində 7 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 57 sərnişin vəfat edib.
Qəzanın üzərindən 12 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı şübhələr davam edir. Bu şübhələrin mərkəzində isə Türkiyənin eneji nəhəngi olmasını təmin edəcək torium nüvə enerjisi projesinin memarlarının – Boğazçı Universitetinin professoru Engin Arık, araşdırmaçı mütəxəssis Özgen Berkol Doğan, Engin Abat, Doğuş Universitetinin professoru Şenel Fatma Boydağ, elmlər doktoru İsgəndər Hikmət və araşdırmaçı mütəxəssis Mustafa Fidanın qəza zamanı vəfat etməsidr.
Təyyarənin şübhəli şəkildə qəzaya uğraması ilə bağlı başqa bir iddia isə FETÖ ilə bağlıdır. FETÖ-nün İsparta təşkilatı ilə bağlı məhkəmə iddianaməsində bu təşkilatın üzvü olan Muammər Görgeçin mobil telefondakı səs qeydlərindən bəhs olunur. Təxminən 5 dəqiqəlik səs yazısına görə Görgeç şəxsiyyəti müəyyən edilməyən iki nəfərlə bu qəza haqqında danışır. Şübhəli telefon danışığında Görgeçə “Təyyarəni israilllər düşürüb, ölən alimlər torium üzərində işləyirdilər. Bu araşdırmada iştirak edən bir alim təyyarədə olmayıb. O, alimi tapıb toriumla bağlı məlumatları təsbit edək” dediyi iddia edilir.
Sui-qəsd iddiasının ən önəmli arqumentləri sırasında göstərilən məqamlardan biri dsə qəza zamanı vəfat edən və torium elementindən nüvə enerjisi almağı təklif edən alim Engin Arıkın fəaliyyətidir. Onun Boğazçı Universitetinin Fizika fakultəsində işləyən həyat yoldaşı, professor Mətin Arık bildirib ki, “Vikilks”də sənədlər yayılmağa başlayarkən, bu hadisənin sui-qəsd olduğu qənaətinə gəlib. O, deyib ki, “Vikilks” qeydlərində qəzanın baş verdiyi günün axşamı Mülki Aviasiyanın direktoru Əli Arıduru ABŞ-ın Ankaradakı səfirliyinə zəng edərək onlarla əməkdaşlıq edilməsinin məxfi saxlanılmasını istəyib. Bu cinayət işinə aid sənədlərə əsasən, Əli Arıdurunun ABŞ-ın Ankaradakı səfirindən amerikalı mütəxəssislərin araşdırmaya yardım etdiyinin açıqlanmamasını istədiyinə dair qeydlər var.
Professor Engin Arıkın Türkiyədə torium yataqlarını bildiyi üçün deyil, toriumdan nüvə enerjisi əldə etməyin yollarını bildiyi üçün öldürüldüyünü iddia edən professor Mətin Arık şübhələri ilə bağlı arqumentnlərini açıqlayıb:
“Engin toriumdan nüvə enerjisi istehsal etməyin mümkünlüyünü beynində müəyyən etmişdi. ABŞ və İsrail Türkiyənin nüvə gücü olmasını istəmədi. Alimlər toriumun yüksək enerji sürətləndirilməsi vasitəsilə urana çevrilməsi üzərində çalışırdı. Edilən təcrübələrdə sistemin prinsiplərini anlamışdı. Türk Sürətləndirici Mərkəz Projesi 2006-cı ildə bu səbəbdən həyata keçmişdi. Toriumun yandırılması üçün proton tələb olunurdu. Həyat yoldaşım proton sürətləndirilməsinin həyata keçirilməsinin yollarına dair bilgilərə sahib idi. Projenin dayandırılmasını istəyən bir əl hərəkətə keçdi. Beynəlxalq Məşvərət Məclisində olan bəzi türklər proton sürətləndirici layihəsinə qarşı çıxdıqları üçün bu layihə qaldı. Beynəlxalq Məşvərət Məclisində ABŞ üçün işləyən şəxslər varsa, onların bağlantıları araşdırılmalıdır. Proton sürətləndirilməsi layihəsindən imtina etmək toriumdan nüvə reaktoru əldə etməkdən imtina etdiyiniz anlamını verir. Mənə görə, Engin və elm adamları ən az diqqət çəkməyəcək şəkildə ölümə göndərildi. Yerə enməyə hazırlaşan təyyarə qəzaya uöradıldı. Hesab edirəm ki, bu qəza ilə bağlı qaranlıq məqamlar aydınlaşdırılmayana qədər şübhələr davam edəcək. Bu gün Türkiyədə nadir metalların bir yanında torium tapa bilərsiniz. Əslində toriumu tapmaq elə də çətin bir iş deyil. Toriumu nüvə reaktoru üçün istifadə etməyə imkan verməzlər. Texnologiya olmadan toruium elementinin heç bir dəyəri yoxdur. Vacib olan bu elementi uran 233 halına çevirməkdir. Engin bunu necə edəcəyini, yəni bu sirri bilən yeganə türk alimi idi”.
Həmin təyyarə qəzasında vəfat edən Özgen Berkol Doğanın vəkili Şahnaz Yüzər bildirib ki, bu qəza ilə bağlı cinayət işinə müxtəlif instansiya məhkəmələrində baxılıb. Sonuncu dəfə 2015-ci ildə İsparta məhkəməsi bu işi araşdırıb.
Vəkil deyib ki, hadisənin üzərindən 12 il zaman keçir və noyabrın 30-da işə baxılma müddəti başa çatacaq və bu məsələ bir daha məhkəmə preqmenti olmayacaq.