“Büdcəmiz böyük neft pullarından əvvəlki dövrə qayıdır”

0
585

“Bu günlərdə hökumətə yaxın şəxslərdən kimsə demişdi: hökumət gərək xalqa açıq desin ki, kəmərlər sıxmaq vaxtdı.Amma bizim hökumət demir, praktik olaraq gerçəkləşdirir”. Bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
O, daha sonra qeyd edib: “Məsələn, 2017-ci ilin büdcəsində olduğu kimi. Gələn ilin büdcə xərcləri bu ilə nisbətən 1.895 milyard manat azaldılıb – bu 10%-dən bir qədər çox azalmadı.
Manat ifadsəsində bu son 5 ilin ən kiçik büdcəsidi – yalnız 2011-ci ildə büdcə xərcləri 15.4 milyard manat səviyyəsində olmuşdu. Sonrakı 3 ildə – 2012-2014-cü illərdə 17.4-19.1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub. Dollar ifadəsində müqayisənin yeri yoxdu: 2017-də inidiki məzənnə ilə təxminən 10.4 milyar dollar nəzərdə tutulur. Halbuki sonuncu dəfə bu məbləğ 2007-ci ildən sonra olmayıb – 2008-c ildə 13.5 milyard dollar olmuşdu. Ən yüksək hədd 2014-də olmuşdu -24.5 milyard dollar.
Bir sözlə büdcəmiz balacalaşıb böyük neft pullarından əvvəlki dövrə qayıdır.
2006-cı ildə böyük neft pullarının axını başlayanda Neft Fondundan büdcəyə transfertlərin həcmini sürətlə artırıb dövlət büdcəsinin böyüməsi necə müsbət tonda təbliğ olunurdusa, indi də Fonddan büdcəyə köçürmələri o sürətlə azaldıb büdcənin kiçilməsini eyni coşqu ilə müsbət tonda təbliğ edirlər…”

BIR CAVAB BURAXIN