ABŞ-ın Stanford Univeristetinə müraciət edən bir abituriyent motivasiya məktubundakı suala verdiyi maraqlı cavabla univeristetə daxil olmaq şansını qazanıb.
New Jersey ştatından olan Ziad Ahmed “Sənin üçün mühüm olan nədir və niyə?” sualına cavabında dəfələrlə BlackLivesMatter (Qaraların Həyatı Əhəmiyyətlidir) sözlərini yazıb.
Sosial şəbəkələrdə sevindirici xəbəri paylaşan Ziadı çoxları təbrik etsə də, bəziləri bu xəbəri təəccüblə qarşılayıb.
Kaliforniya ştatında yerləşən Stanford Times-ın dünya universitetləri reytinqində üçüncü yerdədir.
Universitetə müraciət edən hər 20 abituriyentdən sadəcə biri qəbul olunur.
Qaraların hüquqlarını müdafiə edən “Black Lives Matter” sözlərini 100 dəfə istifadə edən Ziadın qəbul olunması sosial mediada böyük əks-səda doğurub.
Ahmedi tənqid edən istifadəçilərdən biri öz rolunu qabartmaqda ittiham edib.
“Əsl [Black Lives Matter hərəkatının] tərəfdarı özünü mütərəqqi göstərmək məqsədini daşıyan bu sözlər əvəzinə daha mənalı bir şey yaza bilərdi”, – daha bir tənqidçi bildirir.
Lakin Ahmedin addımını təqdirə layiq hesab edənlər də var. Onlara əsasən 18 yaşlı abituriyent artıq satışlar üzrə məsləhət firması və humanitar sahədə fəaliyyət göstərən təşkilat yaradıb.
Ahmed Hillary Clinton-un prezident kampaniyasında iştirak edib və 2015-ci ildə prezidenti Barack Obamanın Ağ Evdə verdiyi iftar yeməyində qonaqlardan biri olub.
Əhmədin Yale və Princeton universitetlərinə də qəbul edildiyi bildirilir. Onun may ayınadək seçim etmək vaxtı var.(BBC)