Türkiyənin Bodrum şəhərində yaşayan Ertuğrul Kara özünün quşçuluq fermasında ölkə üçün qeyri-adı olan əjdaha toyuğu yetişdirir. Yerli toyuqlardan çəkisi 3-4 dəfə çox olan bu toyuqların birinin qiyməti bazarda min 6 min lirə(400-3 min manat) arasında dəyişir. Vyetnamda Dang Tao adı ilə tanınan bu əjdaha toyuqların qıçlarından hazırlanan yeməyin bir payının qiyməti 800-1000 dollar arasındadır. Bir çox xəstəliklərin dərmanı olan, o cümlədən cinsi zəifliklərdə gücləndirici vasitə kimi istifadə edilən əjdaha toyuqlarından hazırlanan yeməklərdən ən çox krallar və dünyanın zəngin insanları istifadə edirlər. Əjdaha toyuqları ildə 300-320 yumurta verirlər. Yumurtaların birinin qiyməti bazarda 15-20 lirəyə satılır. Kara 3 yoldaşı ilə birlikdə qurduğu quşçuluq fermasında əjdaha toyuqları ilə yanaşı oxşar xüsusiyyətlərə malik olan və dünyanın müxtəlif ölkələrində saxlanılan daha 8 toyuq cinsi yetişdirir. Onun sözlərinə görə, Türkiyədə də bu toyuqlardan hazırlanan yeməklərə tələbat ildən-ilə artır və onlar hər gün restoranlara yüzlərlə əjdaha toyuq satırlar.“Yeniavaz.com”