Bu qərarlar İsraili məhv edə bilər

0
624

 

İ

Istanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsinin nəticələrinə əsasən qəbul edilə biləcək mümkün qərarların siyahısı müəyyənləşib.Axar.az xəbər verir ki, bu barədə “Star” qəzeti informasiya yayıb.

Təşkilatın azad Fələstin üçün qəbul etməli olduğu mümkün qərarlar bunlardır:

1. Qüds Fələstin Dövlətinin paytaxtıdır və bu həqiqət müzakirə mövzusu ola bilməz.

2. Qüds bütün regional münaqişələrin xaricində tutulmalıdır.

3. İsrail işğal etdiyi Fələstin torpaqlarından dərhal çəkilməlidir. Heç bir beynəlxalq tədbirin bu işğalı qanuniləşdirməsinə icazə verilə bilməz.

4. ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan edən qərarı hökmsüzdür, icra edilməməsinə hesablanan addımlar təcili olaraq atılmalıdır, təsirli tədbirlərlə bu qərar icra edilə bilməyəcək hala gətirilməlidir.

5. Qüds barədə güzəştə məcbur edən istənilən addım və təzyiq mütləq rədd edilməlidir.

6. Qüds heç bir şəkildə sövdələşmə predmeti olmamalıdır.

7. Qüdsü İsrailin paytaxtı olaraq təyin edən bütün fəaliyyətlərin rədd edildiyi açıq və toplu şəkildə dünyaya elan edilməlidir.

8. İsraillə sülh adı altında aparılan bütün müzakirələr dərhal sona çatdırılmalıdır. Siyasi, hərbi və iqtisadi sahədə bütün ortaq layihələrə son verilməlidir.

9. Müsəlman ölkələri İsraillə iqtisadi və siyasi əlaqələrini mütləq kəsməlidir.

10. İsrail bölgədən təcrid edilməli, rəhbərliyə iqtisadi və siyasi təzyiq edilməlidir.

11. Müsəlman ölkələr siyasi güclərini və müstəqil hərəkət edə bilmə qabiliyyətlərini nümayiş etdirməlidir.

12. İƏT ölkələri ABŞ səfirlərini dərhal məsləhətləşmələr aparmaq üçün geri çağırmalıdır.

13. Müsəlman ölkələr Qüdsü İsrailin paytaxtı olaraq qəbul edən ölkələrlə də münasibətləri məhdudlaşdırmalıdır.

14. Xüsusən Avropa ölkələrinə kəskin təzyiq göstərilməli, güclü lobbi fəaliyyəti üçün xüsusi qruplar yaradılmalıdır.

15. AB, Rusiya və Çin kimi ölkələrdə tədbirlər həyata keçirilməli, Trampın qərarının xristianlığın da müqəddəs dəyərlərinə zidd olması istiqamətində tezis formalaşdırılmalıdır.

16. Şərq kilsələrinin nümayəndələri və xristian din adamları İstanbulda toplanmalı, ortaq qərar üçün təşviq edilməlidir.

17. ABŞ İsrail-Fələstin danışıqlarında tərəfsizliyini artıq itirib. Bütün müsəlman ölkələr ABŞ-ı sülh prosesində tərəf olaraq görmədiklərini bəyan etməlidir.

18. Müsəlman ölkələr Qüdsü müdafiə etmək üçün birgə güc formalaşdırmalı, müdafiə xətti yaradılmalıdır.

19. Müsəlman ölkələri birgə Sülh ordusu qurmalı və onun tərkibində “Qüdsü qoruma gücü” adlı birlik yaradılmalıdır.

20. “Qüds fondu” yaradılmalı, Fələstinin qərbdən iqtisadi asılılığı azaldılmalıdır.

21. Hava sahəsi İsrail üçün bağlanmalı, İsrail və ABŞ-la kəşfiyyat məlumatlarının paylaşılması dərhal dayandırılmalıdır.

22. İsrailin müsəlman ölkələrə qarşı hər hansı hərbi müdaxiləsinə çox sərt reaksiya göstərilməlidir.

23. Müsəlman ölkələr daxilində baş verən münaqişələrə son qoyulmalıdır.

24. İƏT-in mərkəzi İstanbula köçürülməli, baş katiblik İstanbuldan idarə olunmalıdır.

 

BIR CAVAB BURAXIN