“Bu, mənim üçün böyük şərəfdi” – Robert Prosineçki

0
580

11

“Öz ölkəmin prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam”.

Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

AFFA-nın saytına açıqlama verən 47 yaşlı çalışdırıcı prezident İlham Əliyevin milli komanda və Prosineçkinin özü barədə səsləndirdiyi xoş sözlər barədə münasibət bildirib.

 

O qeyd edib ki, ölkə başçısı ilə görüşdüyü üçün fəxr hissi keçirir: “Azərbaycan prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.

BIR CAVAB BURAXIN