Bu il böyük savaş başlayır: Ekstrasensdən şok öngörü

0
701


 

Son vaxtlarda dünya liderləri oynadığı oyunlara ara vermişdi, amma indi onlar yenidən öz planlarına başlayacaq. Bu ilin sonuna qədər çox böyük oyunlar oynanılacaq və bu, böyük faciə ilə nəticələnəcək.

Bu sözləri ekstrasens Nadim Əlixanov baş verən siyasi qarşıdurmaların yaxın gələcəkdə nə ilə nəticələnə biləcəyi haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Üçüncü Dünya müharibəsi başlayacaq:

“Yaxın gələcəkdə bizi Üçüncü Dünya müharibəsi gözləyir. Bu müharibə Türkiyə ətrafından başlayıb Balkanlara qədər yayılacaq. Müharibə Türkiyə ətrafından start götürəcək. Azərbaycan isə bu məqamda öz torpaqları uğrunda savaşa başlayacaq.

Bir müddət sonra dünya ölkələri hegemon dövlətlərin tərkibində birləşəcək – əvvəlcə Rusiya və ABŞ qütbləri savaşacaq. Ondan sonra isə artıq bu qütblər iki hegemon dünya liderinin deyil, iki hegemon din tərəfdarlarının müharibəsinə çevriləcək – insanlar islam və xristianlığın rəhbərliyi altında birləşib bir-biri ilə müharibə aparacaq.

Bu böyük müharibə ən tez 2018-ci ildə sonlanacaq. O vaxta qədər isə insan sayı azalacaq, beləcə, iqtisadi problemlər aradan qaldırılacaq. Müharibənin sonunda artıq dünyada fərqli ölkələr olmayacaq, dövlətlər böyük qurumların tərkibində olacaq”.

BIR CAVAB BURAXIN