Bu gün Türk dünyası yeni potensial əldə edir

0
1420

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri ölkəmizin iqtisadi imkanlarını da sürətlə artırmaqdadır. Bir sıra perspektivli layihələrin nəzərdə tutulması isə çoxsaylı planların qısa zamanda həyata keçirilməsinə zəmin yaradır. Xüsusilə, türkdilli ölkələrlə əməkdaşlıq platformaları sözügedən mənada özünü daha çox nümayiş etdirir. Bir müddət əvvəl İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı, ardınca isə Türkmənistanda Zirvə Toplantısında Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla həmrəylik nümayiş etdirmələri də deyilənləri kifayət qədər təsdiq edir. O da əbəs deyil ki, Azərbaycan bu uğurlara asan yolla gəlməyib və hazırda əldə edilən uğurlar uzun illərin zəhmətinin bəhrəsidir. Bu baxımdan, regionda siyasi-iqtisadi yeniliklərin baş verməsi prosesində burada yer alan türkdilli ölkələrin Azərbaycana, eləcə də Azərbaycanın da onlar tərəfə inteqrasiyası, necə deyərlər, şərtə çevrilməkdədir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Kamal Xəlilov