Bu gün “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək

0
676

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa kuboklarının “play-off” mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Report”un məlumatına görə, hazırda mübarizəni Çempionlar Liqasında davam etdirən “Qarabağ”ın həm bu yarışda, həm də Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşəcək.

III təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq Azərbaycan təmsilçisi püşk zamanı ÇL-də səpələnməmişlər, Avroliqada isə səpələnmişlər sırasında olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Çempionlar Liqası, “play-off” mərhələsi, Çempionlar Yolu

Səpələnmişlər

“Zaltsburq” (Avstriya) / “Şkendiya” (Makedoniya) cütünün qalibi

PSV (Hollandiya)

“Seltik” (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

“Astana” (Qazaxıstan) / “Dinamo” (Zaqreb, Xorvatiya)

Səpələnməmişlər

“Qarabağ” (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi

“Yanq Boyz” (İsveçrə)

“Malmö” (İsveç) / “Videoton” (Macarıstan) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) / “Spartak” (Trnava, Slovakiya) cütünün qalibi

Avroliqa Yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya) / “Fənərbağça” (Türkiyə) cütünün qalibi

“Slaviya” (Praqa, Çexiya) / “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

“Standard” (Belçika) / “Ayaks” (Hollandiya) cütünün qalibi

PAOK (Yunanıstan) / “Spartak” (Moskva, Rusiya) cütünün qalibi

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları püşkatma zamanı ayrı-ayrı cütlüklərə bölünəcəklər. Bu səbəbdən, “Benfika” (Portuqaliya) / “Fənərbağça” (Türkiyə) cütünün qalibi PAOK (Yunanıstan) / “Spartak” (Moskva, Rusiya) cütünün qalibi ilə, “Slaviya” (Praqa, Çexiya) / “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi isə “Standard” (Belçika) / “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Püşk nəticəsində isə bu cütlərin qaliblərindən hansının “play-off”da ilk oyunu evdə keçirəcəkləri müəyyənləşəcək.

Görüşlər 21-22 avqustda və 28-29 avqustda keçiriləcək. ÇL-in “play-off”unun 6 qalibi qrup mərhələsinə yüksələcək.

“Qarabağ” / BATE cütlüyündən məğlub ayrılacaq komanda mübarizəni Avropa Liqasının “play-off” mərhələsində davam etdirəcək. Avroliqanın Çempionlar Yolunda səpələnmişlər səbətində yer alacaq həmin klub 4 potensial cütlükdən biri ilə üz-üzə gələcək:

Səpələnmişlər

“Malmö” (İsveç) / “Videoton” (Macarıstan) cütünün məğlubu

“Seltik” (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu

“Qarabağ” (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu

“Ludoqorets” (Bolqarıstan) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün məğlubu

Səpələnməmişlər

“Şerif” (Moldova) / “Valür” (İslandiya) cütünün məğlubu

“Spartak” (Yurmala, Latviya) / “Suduva” (Litva) cütünün məğlubu

TNS (Uels) / Mityulland” (Danimarka) cütünün məğlubu

“Torpedo” (Kutaisi, Gürcüstan) / “Kukesi” (Albaniya) cütünün məğlubu

Oyunlar avqustun 23-də və avqustun 30-da keçiriləcək. Avroliqanın “play-off” mərhələsinin qalibləri qrup mərhələsinə yüksələcəklər. Məğlublar isə mübarizəni dayandıracaqlar.

BIR CAVAB BURAXIN