Bu gün DÇ-2018-in II turun son matçları keçiriləcək

0
564

DÇ-2018-də futbol həyəcanı  davam edir. Bu gün daha 3 qarşılaşma baş tutacaq.

 

Öncə G qrupunda ikinci tura yekun vurulacaq. İlk matçında Tunisə çətinliklə qalib gələn İngiltərə bu dəfə debütant və turnirin ən zəif komandalarından biri olan Panama ilə qarşılaşacaq. Qarri Sautqeytin yetirmələrinin asan qələbə qazanaraq Belçika ilə birlikdə 1/8 finala çıxmağı təmin edəcəyi gözlənilir.

Günün son iki matçı ilə bütün qruplarda ikinci tura yekun vurulacaq. Yaponiya – Seneqal görüşünda ilk turun qalibləri qarşılaşacaqlar. Bu oyunda qələbə qazanan böyük ehtimalla növbəti tura çıxmağı təmin edəcək.

 

İlk turun məğlubları Polşa və Kolumbiya isə son şanslarını oynayacaqlar. Məğlub olan mundialla erkən vidalaşacaq.

 

DÇ-2018

24 iyun

II tur

 

G qrupu

16:00. İngiltərə – Panama

Baş hakim: Gehad Qrişa (Misir)

Nijni Novqorod, “Nijni Novqorod” stadionu

 

1. Belçika 2 2 0 0 8:2 6
2. İngiltərə 1 1 0 0 2:1 3
3. Panama 1 0 0 1 0:3 0
4. Tunis 2 0 0 2 3:7 0

 

 

H qrupu

19:00. Yaponiya – Seneqal 

Baş hakim: Canluka Rokki (İtaliya)

Yekaterinburq, “Yekaterinburq Arena”

 

22:00. Polşa – Kolumbiya

Baş hakim: Sezar Ramos (Meksika)

Kazan. Kazan Arena

 

1. Yaponiya 1 1 0 0 2:1 3
2. Seneqal 1 1 0 0 2:1 3
3. Polşa 1 0 0 1 1:2 0
4. Kolumbiya 1 0 0 1 1:2 0

Apasport

BIR CAVAB BURAXIN