Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək

0
526

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

İlk oyun günündə 7 qarşılaşma keçiriləcək.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası da bu mərhələdə ilk oyununu çıxacaq.

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya “Dinamo”su ilə üz-üzə gələcək.

Türkiyənin “Fənərbağça” komandası isə səfərdə Portuqaliyanın “Benfika” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Çempionlar Liqası, III təsnifat mərhələsi

7 avqust

18:00″Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

21:00 “Qarabağ” (Azərbaycan) – BATE (Belarus)

21:15 “Malmö” (İsveç) / “Videoton” (Macarıstan)

21:30 “Slaviya” (Praqa, Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna)

22:00 “Standard” (Belçika) – “Ayaks” (Hollandiya)

22:00 “Srvena Zvezda” (Serbiya) / “Spartak” (Trnava, Slovakiya)

23:00 “Benfika” (Portuqaliya) / “Fənərbağça” (Türkiyə)

Report

BIR CAVAB BURAXIN