Bu evlərin qeydiyyatı asanlaşır – DƏYİŞİKLİK

0
623

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

 

Iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qanuna dəyişiklik barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri İlqar Hüseynov deyib ki, qanuna dəyişiklik torpaq mülkiyyətçilərinin hüquqlarının qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına hesablanıb.

 

Edilən dəyişikliklərə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq.

 

Qanuna təklif edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq.

 

2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək. Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə olunub

 Modern.az

BIR CAVAB BURAXIN