Britaniyadan gecikmiş etiraf: “Qəddafinin devrilməsi səhv addım idi”

0
556

“Britaniyanın 2011-ci ildə Liviyaya hərbi müdaxilə etməsi səhv fərziyələr və natamam anlaşma əsasında həyata keçirilib“. RİA Novosti xəbər verir ki, məşhur “Wall Street Journal”da dərc olunan məqalədə belə deyilir.
Məqaləyə əsasən, Britaniya parlamentinin hesabatında, 2011-ci ildə Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş Britaniya və Fransa müdaxiləsi tənqid edilir.

 

Hesabatda deyilir ki, Britaniya və Fransanın Liviyaya hava zərbələri endirməsi “düzgün kəşfiyyat məlumatları alınmadan” həyata keçirilib. “Bu, siyasi və iqtisadi böhrana, qəbilələrarası düşmənçiliyə və özünü “İslam Dövləti” adlandıran qruplaşmanın Şimali Afrikada genişlənməsinə səbəb olub”, — deyə hesabatda vurğulanır.

 

Britaniya hökumətinin bildirdiyinə görə, oxşar nəticələrin qarşısını ala bilən digər siyasi həll yolları vardı. Britaniya parlamentinin xarici işlər komitəsi həmin vaxt baş nazir olmuş Devid Kameronu hava əməliyyatlarını həyata keçirmək üçün düzgün planın olmamasında ittiham edib.

 

“İngiltərənin Liviyadakı hərəkətləri düşünülməmiş müdaxilənin bir hissəsi olub. Onun nəticələri isə indiyənədək inkişaf edir”.

 

Bunu Britaniya parlamentinin Beynəlxalq Komitəsinin rəhbəri Krispin Blant bildirib. Britaniya Xarici İşlər Nazirliyində isə bildiriblər ki, hərbi müdaxilə beynəlxalq qərar olub: “Buna Ərəb Liqası çağırış edib, BMT Təhlükəsizlik Şurası isə hərbi müdaxiləyə icazə verib”.

 

Liviyaya hərbi müdaxiləyə Fransanın keçmiş prezidenti Nicolas Sarkozi və Britaniyanın keçmiş baş naziri Devid Kameron rəhbərlik edib. Beynəlxalq koalisiya 2001-ci ilin mart ayında Müəmmar Qəddafiyə qarşı hava hücumlarına başlayıb.

 

Lakin Qəddafinin devrilməsindən sonra Liviyada zorakılıq hökm sürüb, bir-birinə müttəfiq olan hökumətlər və özünü “İslam Dövləti” adlandıran terror təşkilatı da daxil olmaqla, yüzlərlə silahlı qruplaşma formalaşıb. Kameron müdaxiləni müdafiə edərək bildirib ki, Qəddafi “Benqazi şəhərində insanlara hücum edir və öz xalqını siçan kimi qırmaqla hədələyirdi”.

 

Lakin xarici işlər komitəsi bildirib ki, hökumət dinc sakinlərə qarşı təhlükənin şişirdilməsini müəyyənləşdirə və eyni zamanda “üsyançıların arasında silahlı islamçı ekstremistləri” aşkar edə bilməyib. (sputnik.az)

BIR CAVAB BURAXIN