Böyük Britaniya Hərbi Dəniz Donanması soyuq müharibədən sonra ilk dəfə olaraq Qara dənizə hərbi gəmi göndərəcək.
Axar.az “Sandey Meil”ə istinadla xəbər verir ki, Ukrayna sahillərinə göndərilən raketlərlə təchiz edilən HMS Diamond esminesində 60 dəniz piyadası xidmət edəcək. KİV-in məlumatına görə, esmines 650 britaniyalı hərbçinin Ukraynada “məxfi təlimdə” iştirakına qatılacaq.
“Britaniya bununla demokratiyanın müdafiəsi, suverenliyin qorunması və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizlə bağlı bütün dünyaya dəqiq bir mesaj verəcək”, – Britaniya Müdafiə naziri Maykl Fellon bu barədə açıqlamasında deyib.
Dekabr ayında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Barents, Baltik və Qara dənizdə aktivliyi artıracağını bildirmiş və NATO-Rusiya təmas xəttində yaranan bu gərginliyi provokasiya adlandırmışdı.