BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel şirkətin Azərbaycanda çalışan işçilərinin sayında müşahidə olunan azalmanın səbəblərini açıqlayıb.
Q. Birrel bunu müəyyən dövr ərzində yatırılan investisiyaların həcmində baş verən dəyişikliklə və bir sıra başqa amillərlə əlaqələndirib: “BP böyük layihələrə həyata keçirir. Müəyyən dövr ərzində layihələrə yatırılan investisiyaların həcmi dəyişə bilər. Yəni investisiyanın həcmində artım olanda biz işçilərimizin sayı artırırıq, azalma olanda isə əks proses baş verir. Bundan başqa, bizim şirkətdən ayrılıb başqa yerlərdə karyerasını davam etdirənlər də olur”.
Qeyd edək ki, cari ilin I rübünün yekunlarına əsasən BP-nin Azərbaycandakı işçilərinin sayı 2926 nəfər olub ki, onlardan 85%-i Azərbaycan vətəndaşı idi. Lakin II rübün sonuna şirkətin işçilərinin sayı 2903 nəfərə enib.