“Böyük İsrail” planı: Əvvəl Qüds, sonra Türkiyə…

0
582

Donald Trampın Qüdslə bağlı verdiyi qərar “Böyük İsrail” layihəsinin bir parçasıdır.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, prezident seçildikdən sonra öz administrasiyasını qurmaqda çətinlik çəkən, üstəlik bir çox tərəfdaşı uzaqlaşdırılan Tramp bir növ küncə sıxışdırılıb. Bu çətin vəziyyətdən tək çıxış yolu isə yəhudi lobbisinin dəstəyini qazanmaq, təsir imkanlarından istifadə etmək olub. Trampın yəhudilərə seçki öncəsi vəd verdiyi Qüds qərarını qəbul etmək isə yəqin ki, İsrailin Səudiyyə Ərəbistanı ilə yaxınlaşdığı bir vaxtda daha məntiqli olub.

Qüdslə bağlı ABŞ prezidentinin tarixi açıqlaması Böyük İsrail planını gündəmə gətirib. Yəhudilərə Yaxın Şərqdə vəd edilmiş ərazilərin dəqiq sərhədləri məlum olmasa da, Türkiyənin cənub və cənub-şərq sərhədlərinin də bu plana daxil edildiyi bildirilib.

İsveçrənin Bazel şəhərində 1897-ci ildə keçirilmiş Sionistlərin I qurultayında danışan Teodor Herzl “Şimal sərhədlərimiz Kapadokiyadakı dağlara qədər uzanır, cənubda isə Süveyş kanalına yetişir. Şüarımız David və Salamonun (Davud və Süleyman) Fələstini olacaqdır”, – deyib.

İsrailin keçmiş prezidenti Ben Qurion 1948-ci ildə İsrail dövlətini elan edərkən “Yəhudi xalqının, gənclərimizin çəkməli olduğu başqa bir xəritə də vardır. O, Nildən Fərata qədər olan ərazini əhatə edir”, – bildirib.

Bütün bunlar isə “Böyük İsrail” planı çərçivəsində Qüdsdən sonrakı növbəti hədəfin Türkiyə və ya Suriya olduğu barədə iddialara səbəb olub. Axar.az

BIR CAVAB BURAXIN