Böyük Britaniya Rusiyanı kiberhücumlarda günahlandırıb

0
521

Böyük Britaniya  Rusiya hərbi kəşfiyyatını yüksək ixtisaslı xarici obyektlərə aramsızı olaraq kiberhücumlar həyata keçirməkdə günahlandırıb.

Mediainfo.az-ın Nevvs.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə bəyanat Böyük Britaniya hökumətinin saytında yerləşdirilib. Böyük Britaniyanın Kiberhücumdan Təhlükəsizlik Milli Mərkəzinin araşdırmalarına görə, Rusiya hərbi kəşfiyyatının kiberhücumlarının əsas hədəfləri ABŞ Demokratlar partiyası, Beynəlxalq antidopinq Agentliyi, Kiyev metrosu, Odessa hava limanı, Rusiya bankı, Fontanka.ru, İnterfax, və Britaniya telekompaniyası olub.

Rusiya hərbi kəşfiyyatı tərəfindən həyata keçirilən kiber hücumlarda 12 xaker qrupu iştirak edib. Onların arasında Fancy Bear, APT28, Voodoo Bear, Sofacy, Pawnstorm, Sednit, CyberCaliphate, Cyber Berku, BlackEnergy Actors, STRONTIUM, Tsar Team и Sandworm haker qrupları da var.

 

 

BIR CAVAB BURAXIN