Borcu olanların işığı kəsiləcək – Xəbərdarlıq

0
603

Azərişıq ASC borclu abonentlərə xəbərdarlıq edib.

ASC-dən Axar.az-a verilən məlumata görə, debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Bu səbəbdən belə hallara yol vermiş istehlakçılara qarşı ciddi tədbirlər görüləcəyi bildirilib.

BIR CAVAB BURAXIN