Bolton Türkiyə və İsraildə Suriya problemini müzakirə edəcək

0
570

Bü gün ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Türkiyə və İsrailə səfəri başlayır.

Arazinfo.com-un İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Bolton Ankarada və Tel-Əvivdə keçirəcəyi görüşlərdə Suriyadakı mövcud durum və İŞİD terrorçularına qarşı mübarizə məsələləri müzakirə ediləcək.  Bölgəyə səfərdə Con Boltonu ABŞ Dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ Hərbi qərargah qüvvələri komandanı Cozef Danford müşayiət edəcəklər. Boltonun İsraildə keçirəcəyi görüşlərdə əsas müzakirə obyektinin ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasından sonra israillələrin təhlüksızliyinin təmin edilməsi olacaq. Boltonun Ankara danışıqlarında isə Türkiyənin İŞİD-ə qarşı mübarizəsi, o cümlədən PKK-nın bir qolu PJG terrorçularına münasibət və bu müstəvidə Türkiyə-ABŞ əlaqələri müzakirələrin ana xəttini təşkil edəcək. Türkiyənin Boltonun qarşısında həmçinin Fəthullah Gülənin ekstradisyası məsələsini yenidən qaldıracağı da istisna edilmir.