ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müavini Con Bolton ABŞ-İsrail dostluğunun və müttəfiqlyinin sarsılmaz dayaqlara malik olduğunu söyləyib.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Bolton İsrail rəhbərliyi ilə görüşdən sonra öz Tvitter səhifəsində yazıb: ” ABŞ-İsrail dostluğu sarsılmazdır. İndiki halda bu dostluq və müttəfiqlik daha da möhkənlənməkdədir. ABŞ İsrailin özünü müdafiə hüququnu tanıyır və ona dəstək verir. Mən İsrail Baş naziri Benyamin Netanyahu, “Mossad”-ın rəhbəri Yosi Koen, Atom enerjisi üzrə komissiyanən rəhbəri Zeev Snirlə görüşdüm və onlarla bölgədəki vəziyyəti, həmçinin İrandan gələn təhlükəni və ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələlərini müzakirə etdim”.