Bolqarıstanda türk dilində olan 838 şəhər, kənd və qəsəbə adları dəyişdirilib.
Bolqarıstan parlamentində təmsil olunan radikal slav millətçilərinin hazırladığı sənəd qəbul edilib. Sənədə görə Bolqarıstan ərazisindəki 838 toponim dəyişdirilərək müasir bolqar dilindəki sözlərlə və əvvəlki toponimlərin bolqar dilindəki qarşılığı ilə əvəzlənib.
Verilən məlumata görə, Bolqarıstan höküməti parlamentin çıxardığı qərarı bir həftə içərisində reallaşdırmağa başlayıb. Bu müddət ərzində ölkənin 51 bölgəsində “təmizləmə” işləri aparılıb.
Parlamentin qərarına isə Bolqarıstan Müsəlmanları Birliyi etiraz edib. Parlamentin bu qərarını irqçi addım kimi qiymətləndirib.