Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgətəşkilatçılığı ilə«İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: problemlər və perspektivlər» adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.Konfransın ümumi məqsədi iqtisadiyyat və idarəetmədə davamlı inkişafın vacibliyini vurğulamaq, hərtərəfli inkişafa nail olmaqla bunun əhəmiyyətini nəzərdən keçirmək, iqtisadiyyat və idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv və səmərəli şəkildə nail olmaq, iqtisadi çağırışlar çərçivəsində beynəlxalq münasibətlərdə mövcud tendensiyaları nəzərdən keçirməkdir.
Konfrans iştirakçıları açılış mərasimindən öncə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət edərək hörmət və ehtiramlarını bildiriblər. Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, yerli alimlər və mütəxəssislərlə yanaşı xarici ölkələrin tanınmış universitetlərinin alimləri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və qeyd edib ki, bu il universitetimiz bir neçə beynəlxalq konfransa ev sahibliyi edir. Bu beynəlxalq konfransın İqtisadiyyat və idarəetmədə davamlı inkişaf mövusuna həsr olunması təsadüfü deyil.Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatının son 15 ildə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vəonun nəticələrinin əhalinin rifah halının yaxşılaşdırılmasına olan töhvələrindən danışıb.Rektor qeyd edib ki, bu il ölkəmizin iqtisadi həyatındakı uğurları hər gün artaraq davam etməkdədir.Bütün bu fəaliyyətlərin elmi müstəvidə müzakirəsi məqsədi ilə təşkil etdiyimiz konfrans ona görə çox əhəmiyyətlidir. Biz, ali məktəb elmi işçilərini və müəllimlərini, iqtisadi elmlər sahəsində mütəxəssisləri, doktorantları və aspirantları öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün beynəlxalq elmi-praktiki konfransa dəvət etmişik.Sevindirici haldır ki konfransa ondan çox ölkədən 150-yə yaxın məqalə və tezis göndərilmiş və elmi heyətin qərarı ilə yüzə yaxın tədqiqat konfransın proqramına daxil edimişdir.Xüsusi ilə onu vurğulamaq istəyirəm ki, konfransın işində Azərbaycanın 30-a yaxın elmi tədqiqat müəssisəsindən və eyni zamanda Rusiya, Türkiyə, Malayziya,Macaristan, Gürcüstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən elm adamları öz tədqiqatlarını göndərmişdir. Konfransımıza ən çox məqalə göndərən qurumlardan Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat İnstitutu, Turizm və Menecment Universiteti, Ərzurum Atatürk Universitetini xüsusi qeyd etmək olar.
Konfransda çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi islahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və Azərbaycan Texniki Universitetin rektor əvəzi Xalıq Yahudov qloballaşan dünyada Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və konfransda aparılan elmi müzakirələrin əhəmiyyətindən danışıblar.
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ: Rəqəmsal iqtisadiyyat ”, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “Azərbaycanda həyata keçirilən iqtisadi islahatların təhlili”, ƏrzurumAtatürk Universitetinin professoru Rəşat Karcıoğlu “Borclanma maliyyələrinin mühasibatlaşdırılması”,St. Peterburq Dövlət Universitetinin professoru İrina Vladimirovna Zeleveva “Qlobal qeyri-sabitlik və onun Rusiya və Türkiyə enerji siyasətinə təsiri” adlı mövzularla məruzə ediblər.
Konfrans günün ikinci yarısı 4 seksiya üzrə davam edəcək. Seksiyalarda çıxış edənlərə konfransın sertifikatı təqdim olunacaq. Qeyd edək ki,təşkilat komitəsi tərəfindən seçilmiş, 400 səhifəyə yaxın həcmdən ibarətkonfransın materialları toplusu nəşr edilmişdir.