
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə – Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.
İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.