BMT Sivilizasiyalar Alyansının Bakıdakı Forumu başa çatdı

0
659
BMT Sivilizasiyalar Alyansının Bakıdakı Forumu başa çatdı
 27.04.2016, 17:54

BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu başa çatıb.

Trend-in məlumatına görə, Bakı Konqres Mərkəzində forumun bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, hamı razılıqla bu Forumun böyük uğurla nəticələndiyini qeyd edə bilər: “Biz Azərbaycan hökuməti ilə əməkdaşlığımızdan çox məmnunuq. Forumun keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

O, qeyd edib ki, Forum yaxşı təcrübəni bölüşmək və inklüziv cəmiyyətdə yaşamaq məsələlərini müzakirə etmək üçün yaxşı platforma oldu: “Biz zorakı ekstremizmin aradan qaldırılması yollarını müzakirə etdik. Ekstremizm sülhə və təhlükəsizliyə təhdiddir. Bu halda insanların hüquqları pozulur. Sülh olmadan cəmiyyətlər lazımi şəkildə inkişaf edə bilməz”.

Əl-Nasir vurğulayıb ki, dünyada sülhün bərqərar edilməsi üçün qarşıda görüləcək işlər hələ çoxdur: “Bir daha bu forumu uğurla keçirdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk”.

Azərbaycanın mədəniyyət və turizm naziri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev bu tədbirin uğurla keçirilməsinə dəstək göstərən hər kəsə öz minnətdarlığını bildirib.

Ə.Qarayev forumda qəbul edilən Bakı Bəyannaməsinin uğurlu olduğunu diqqətə çatdırıb.

Bununla da forum rəsmən bağlı elan edilib.
Modern.az

BIR CAVAB BURAXIN